10 dekabr 2018, Bazar ertəsi
Ana Səhifə - ƏDƏBİYYAT - Əli Əmirli: “Bir qayda olaraq, özümdən yuxarı yox, aşağı baxıram” - MÜSAHİBƏ
Əli Əmirli: “Bir qayda olaraq, özümdən yuxarı yox, aşağı baxıram” - MÜSAHİBƏ
01.02.2018, 14:37

Növbəti qonağımız tanınmış dramaturq Əli Əmirlidir. Əli müəllim yaradıcı bir insan kimi peşəsində tanınır və sevilir. Qələmə bağlılıq hər kəsdə olmayan İlahi bir vergidir. Bu vergini Tanrı Əli müəllimdən əsirgəməyib. Bunun nəticəsidir ki, bir neçə pyesi səhnələşdirilib, kitabları çap olunub və peşəsində tanınaraq oxucu məhəbbəti qazanıb.

 

Əli Əmirli 1948-ci ildə Ağdam şəhərində anadan olub. Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsini bitirib. Əli Əmirli 1971-ci ildən ədəbi yaradıcılıqla məşğuldur. Bu illər ərzində onun hekayə, povest və romanları dövri mətbuatda, o cümlədən “Azərbaycan”, “Ulduz”, “Literaturnıy Azerbaydjan” jurnallarında dərc edilib. “İldırımötürən”, “Axirətdən qabaq gəzinti”, “Haram”, “Meydan”, “Sonalar gölü”, “Bir il”, “Ərizə”, “Tapança”, “Ölü doğan şəhər” kimi roman, povest və iyirmidən çox hekayənin müəllifidir. Bu əsərlərin bir çoxu rus dilinə tərcümə olunub və ədəbi icmallarda nəşr edilib.

Əli Əmirli 1990-cı ildən başlayaraq dramaturji yaradıcılıqla məşğuldur. Onun pyesləri ölkənin əksər teatrlarında tamaşaya qoyulub.

           
Yaradıcılıq uğurlarına görə Əli Əmirli 2000-ci ildə beynəlxalq ”Humay İlahəsi” mükafatına layiq görülüb. 2015-ci ildə isə ona Əməkdar incəsənət xadimi fəxri adı verilib. 1981-ci ildən Azərbaycan Yazıçılar Birliyinin, 2003-cü ildən Azərbaycan Teatr Xadimləri İttifaqının üzvüdür. Yeddi il Yazıçılar Birliyinin Dramaturgiya seksiyasına rəhbərlik edib. Hazırda "Azərbaycan" ədəbiyyat jurnalının redaksiya heyətinin və Dövlət Gənc tamaşaçılar Teatrının bədii şurasının üzvüdür. Ə. Əmirli 1999-cu ildən pedaqoji fəaliyyətlə məşğuldur.
 Hazırda o Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kinoşünaslıq kafedrasının dosenti vəzifəsində çalışır.

Modern.az Əli Əmirli ilə müsahibəni təqdim edir: 

           
- Əli müəllim, yazıçı taleyindən razısız? Qələmlə keçən ömrü necə yaşadınız? Çoxmu çətindir bu peşə?

           
- Niyə keçmiş zamanda? Mən indi də qələmlə, indiki vaxtda kompüterlə sülh şəraitində, kifayət qədər də məhsuldar yaşayıram. Hazırda Bakı teatrlarından birinin sifarişi ilə çox maraqlı pyes üzərində çalışıram, müsahibəni də ona görə gecikdirdim. Fikrimi pyesdən yayındırmaq istəmirdim. Yazıçı taleyinə gəldikdə, bu, çox gözəl taledir: yaşayırsan, çox adamdan fərqli olaraq yazırsan, ağ vərəq üstündə yeni həyat olmasa da, onun modelini yaradırsan. Ömürdən, taledən razılıq məsələsinə gəldikdə isə, narazı olmaq naşükürlükdür. Mən, bir qayda olaraq, özümdən yuxarı yox, aşağı baxıram, onda həqiqi mənzərəni daha yaxşı görür, onu düzgün qiymətləndirməyə çalışıram. İnsanın həyatı həm də onun taleyidir, bunları bir-birindən ayırmaq düzgün olmazdı. İnsan öz taleyini ağlına, xarakterinə, fərasətinə, intellektinə uyğun olaraq özü yaradır. Kim necə yaşayırsa, ona da layiqdir. Bəlkə də, ilk baxışda bu fikir mübahisəli görünə bilər, amma xırdalıqlarına varsaq, bunun şəksiz belə olduğunu qəbul edərik. Onu da deyək ki, insanın özündən asılı olmayan qəzavü-qədər də var. Mixail Bulqakovun qəhrəmanı Voland demiş, qəzavü-qədər artıq bizim iradəmizdən asılı deyil, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. Yazıçılığın çətin peşə və ya sənət olduğunu da deməzdim. Allahın verdiyi istedad varsa və bu istedadı ağılla temperament sinxron idarə eləyə bilirsə, çətin bir şey olmamalıdır.

           
- İyirmi beş ildən çoxdur dramaturgiya ilə məşğulsuz. Əsərləriniz ölkənin, demək olar ki, bütün teatrlarında, eyni zamanda xarici ölkə teatrlarında tamaşaya qoyulur, seyrçilər tərəfindən qəbul edilir. Təcrübəli bir dramaturq kimi, siz bilən, bu gün teatrın cəmiyyət həyatında yeri hardadır?

           
- Teatrın cəmiyyət həyatında, şübhəsiz ki, müəyyən yeri, mövqeyi var, amma unutmayaq ki, sovetlər dönəmindən fərqli olaraq teatr artıq təbliğat vasitəsi deyil, teatr əsl funksiyasını, sənət funksiyasını yerinə yetirir. Bu başqa məsələdir ki, Azərbaycan reallığında teatr cəmiyyət həyatına təsir imkanlarını itirib, əslində bu, belə də olmalıdır. Axı teatr “Facebook”, sosial şəbəkə kimi kütləvi ola bilməz, teatr elitar sənətdir, onu anlamaq, həzm etmək, sevmək elə də asan deyil, buna müəyyən hazırlıq lazımdır. Onu da nəzərə alaq ki, həyatımızın ritmi dəyişib, bəlkə də, pozulub. Kino, televiziya, indi də internet teatra təsirsiz ötüşmür, amma hər ziyanda bir xeyir də var məsəlini nəzərə alsaq, bütün bu yeniliklər teatra həm də yardımçı oldu-yaradıcılıq imkanlarının genişlənməsindən tutmuş, yaradıcılıq prinsiplərinin yeniləşməsinədək. Mən o fikirdə deyiləm ki, teatrlarımız yüksək bir inkişaf səviyyəsindədir, bütün problemlər həll olunub. Qətiyyən elə deyil, onu da bilirəm ki, teatrımızın indiki durumu nə kinomuzdan, nə musiqimizin müasir vəziyyətindən, nə ədəbiyyatımızdan, nə də digər sənət növlərindən geridə deyil ki, irəlidədir, amma arxayınlıq üçün bu təsəlli yetərli ola bilməz. Bu gün teatr yaşamaq və sevilmək üçün çox işlər görməlidir.

           
- Dramaturgiyaya siz nəsrdən gəlmisiniz, özü də ölkə mədəniyyətinin, o cümlədən teatrın böhranlı bir dövründə - 1990-cı illərin lap əvvəlindən. Həyatımızda ictimai-siyasi hadisələr, milli azadlıq hərəkatı liderlik edirdi, ədəbiyyat da, teatr da kölgədə qalmışdı. Yazmaq çətin deyildi sizin üçün?

           
- Dramaturgiyaya gələndə mənim artıq iyirmi illik nasir stajım vardı. Ona yaxın povest və romanın, iyirmidən yuxarı hekayənin müəllifi idim. Oxucularım da kifayət qədərdi, buna baxmayaraq, içimdə həmişə bir teatr sevgisi vardı. Bax elə bu sevgi məni 1990-cı ildə dramaturgiyaya gətirdi. Zaman çox mürəkkəbdi. Cəmiyyətdə baş verən inqilabi dəyişikliklər, bizə tanış olmayan yeni, qəddar iqtisadi münasibətlər və bu münasibətlər fonunda vərdiş etdiyimiz mənəvi dəyərlərin sürətlə aşınması insanları çaşdırmışdı. Millətin yeni iqtisadi şəraitə uyğunlaşma prosesi çox ağrılı gedirdi. Elə bu ağrılarla da yeni azərbaycanlı tipi formalaşırdı. Mən öz qəhrəmanlarımı məhz bu yeni insan tiplərinin arasından seçirdim.    
İyirmi ildən çoxdur ki, mənim əsərlərim daim gündəmdədir. Ölkənin, demək olar ki, bütün dram teatrları pyeslərimi tamaşaya qoyub, bu indi də davam edir. Ona yaxın xarici ölkə teatrı da pyeslərimə müraciət edib. Əsərlərim rus, qazax, özbək, gürcü, tatar, kumık, kalmık, türk, qırğız, tacik dillərində tamaşaya qoyulub. Bütün bunları saymaqla sualınıza cavab verirəm. Mənim üçün yazmaq çətin olsaydı, bu əsərlər uğur qazanmazdı. Elə Akademik Milli Dram Teatrında altı, Dövlət Gənc Tamaşaçılar Teatrında beş əsərim tamaşaya qoyulub.

           
- Siz həm də pedaqoji fəaliyyətlə məşğulsuz. Dramaturq və müəllim, bunlar bir-birinə mane olmur?

           
- Məni elə dramaturq olduğuma görə Mədəniyyət və İncəsənət Universitetinə dəvət ediblər. Artıq on altı ildir dram və ssenari yaradıcılığından dərs deyirəm. Bildiklərimi gələcəkdə teatr və kino dramaturgiyası ilə məşğul olmaq istəyən gənclərə öyrətməyə çalışıram. Bu gün tələbələrimin əksəriyyəti ölkənin televiziya və kino məkanında uğurla fəaliyyət göstərirlər. Ölkənin ən yüksək reytinqli teleseriallarının yaradılmasında dramaturq kimi onların əməyi böyükdür. Bu, bir müəllim kimi məni razı salır.

           
- Bir müəllim, yazıçı, incəsənət xadimi kimi gənclərimizə arzularınız, tövsiyələriniz?

           
- Yeji Lensin yaxşı bir sözü var: “Məsləhət işlətmə dərmanı kimi bir şeydir, hamıya verirsən, özün içmirsən”. Yumorla deyilmiş bu sözdə bir həqiqət də var. Odur ki, müəllim olsam da, danlamağı, məsləhət verməyi, öyüd-nəsihət eləməyi xoşlamıram, amma bütün işlərinizdə məsuliyyətli və ciddi olun tövsiyəsini tələbələrimə deməyə bilmirəm. Məsuliyyətli adam hər şeyin yerini və qədrini bilir.

           
- Sonda gələcək planlarınızdan danışardız.

           
- Mən planla işləmirəm, sadəcə, hansı bir mövzu, əsər haqqındasa düşünüb-daşına bilərəm. Bir qayda olaraq yeni pyeslərimi mən yay aylarında yazıram. İndi isə adətimə xilaf çıxıb söhbətimizin əvvəlində dediyim kimi, teatrlarımızın birinin istəyi ilə maraqlı bir pyes üzərində işləyirəm. Deyim ki, əsərin birinci hissəsi tam hazırdır, bir-iki günlük fasilədən sonra ikinci hissəyə başlayacam. Pyesi ilin axırınacan bitirməliyəm. Daha bir iri layihəyə dəvət almışam, reallaşıb-reallaşmamasından asılı olmayaraq, artıq mövzu mənbələrini müəyyənləşdirirəm.

 

Söhbətləşdi: Mahmud Əyyub


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
Koçaryanın vəkili jurnalistə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO  
10.12.2018, 15:55

Koçaryanın vəkili jurnalistə Azərbaycan dilində CAVAB VERDİ - VİDEO  

Öz həyatlarını “süpürməyə” çıxan süpürgəçilər...
10.12.2018, 15:40

Öz həyatlarını “süpürməyə” çıxan süpürgəçilər...

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü   
10.12.2018, 15:30

Gəncədə qızla oğlan dəm qazından zəhərləndi - Biri öldü  

Bakıda piyadanı vurub öldürən sərxoş sürücü tutuldu
10.12.2018, 15:15

Bakıda piyadanı vurub öldürən sərxoş sürücü tutuldu

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü
10.12.2018, 14:46

Saakaşviliyə qarşı daha bir ittiham irəli sürüldü

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı
10.12.2018, 14:31

Ağcabədidə 5 kiloqramdan artıq marixuana aşkarlandı

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”
10.12.2018, 14:27

Kremldən “sarı jiletli”lər haqda AÇIQLAMA: “Böhtandan başqa bir şey deyil”

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR
10.12.2018, 14:26

Azərbaycanlı qız Kamçatka gözəli seçilib - FOTOLAR

Sabunçuda 3 otaqlı ev yandı
10.12.2018, 14:21

Sabunçuda 3 otaqlı ev yandı

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi
10.12.2018, 14:07

Gəncədə məktəb direktoru icra başçısının müavini təyin edildi

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ
10.12.2018, 13:50

Ermənistan parlamentində qüvvələrin yeni NİSBƏTİ

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI
10.12.2018, 13:48

104 ölkəyə ixrac, 171-dən idxal - SİYAHI

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb   
10.12.2018, 13:44

Azərbaycanda ərzaq malları 1,9 faiz bahalaşıb  

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb
10.12.2018, 13:38

Dövlət Komitəsinin əməkdaşı Gürcüstandakı Ahıska türkləri ilə görüşüb

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək
10.12.2018, 13:06

Kaşıkçının işi beynəlxalq məhkəməyə veriləcək

Azərbaycanda tələbə itkin düşdü - FOTO   
10.12.2018, 13:04

Azərbaycanda tələbə itkin düşdü - FOTO  

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı   
10.12.2018, 13:02

1625 maşına “jalüz-pərdə protokolu” yazıldı  

Sabahın hava PROQNOZU - İsti olacaq
10.12.2018, 12:53

Sabahın hava PROQNOZU - İsti olacaq

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ
10.12.2018, 12:42

Əsir yaxınlarının ermənilərlə danışıqları faciə ilə bitib - RƏSMİ

Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb   
10.12.2018, 12:39

Yaşa görə pensiya alanların sayı son 30 ildə ən aşağı göstəriciyə düşüb  

Külli miqdarda aksiz markasız siqaret aşkar olunub
10.12.2018, 12:39

Külli miqdarda aksiz markasız siqaret aşkar olunub

Bahar Muradova: Ermənistanda “seçki oyunu” oynanıldı
10.12.2018, 12:38

Bahar Muradova: Ermənistanda “seçki oyunu” oynanıldı

Leyla Əliyeva beynəlxalq forumda 
10.12.2018, 12:36

Leyla Əliyeva beynəlxalq forumda 

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..   
10.12.2018, 12:32

Azərbaycanın “Beyin mərkəzi” ekspertlərini niyə gizlədir?..  

Heydər Əliyev Ağstafada ANILDI
10.12.2018, 12:26

Heydər Əliyev Ağstafada ANILDI

Nazir nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ
10.12.2018, 12:17

Nazir nikbin DANIŞDI: Ərzaq məhsulları 50 faiz UCUZLAŞACAQ

DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb
10.12.2018, 12:16

DTX-nin hospitalında xüsusi yer ayrılıb, 1943 itkinlə bağlı 5889 nümunə toplanıb

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı
10.12.2018, 12:14

“Azərbaycanın İntellektual Birİncisi” başa çatdı

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN
10.12.2018, 12:10

“Ermənistanın sözü əməlinə düz gəlmir” - ZATULİN

Bakının məşhur bazarı söküldü
10.12.2018, 12:06

Bakının məşhur bazarı söküldü

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib   
10.12.2018, 12:05

Tanınmış həkim Mehdi Mehdiyev vəfat edib  

Avtomobillərdən oğurluq edənlər yaxalandılar
10.12.2018, 12:01

Avtomobillərdən oğurluq edənlər yaxalandılar

Girov ailələri onların xarici görünüşündən xəbərsizdir: “Şəkil, videogörüntü ala bilmirik”
10.12.2018, 11:50

Girov ailələri onların xarici görünüşündən xəbərsizdir: “Şəkil, videogörüntü ala bilmirik

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI
10.12.2018, 11:46

“Onun yanında özümü azərbaycanlı qadın hiss edirdim” - Fərman Salmanovun XANIMI

Lerikdə zəlzələ oldu
10.12.2018, 11:45

Lerikdə zəlzələ oldu

Empati Kids Körpələr evi - Uşaq bağçası AÇILDI
10.12.2018, 11:37

Empati Kids Körpələr evi - Uşaq bağçası AÇILDI

Masallıda PARTLAYIŞ - 1 ölü, 2 yaralı   
10.12.2018, 11:19

Masallıda PARTLAYIŞ - 1 ölü, 2 yaralı  

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ  
10.12.2018, 11:15

Soyuqdəymə zamanı inhalyasiya etmək xeyirlidir? - Həkim ŞƏRHİ  

Bakıda pivə içən Türkiyə vətəndaşı öldü
10.12.2018, 11:06

Bakıda pivə içən Türkiyə vətəndaşı öldü

İlham Əliyev FIDE prezidentini qəbul etdi - YENİLƏNİB
10.12.2018, 10:50

İlham Əliyev FIDE prezidentini qəbul etdi - YENİLƏNİB

Prezident türkiyəli nazirlə müzakirə apardı
10.12.2018, 10:48

Prezident türkiyəli nazirlə müzakirə apardı

Təbiətə dəyən ziyana görə 154 min manatlıq iddia qaldırıldı
10.12.2018, 10:34

Təbiətə dəyən ziyana görə 154 min manatlıq iddia qaldırıldı

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək
10.12.2018, 10:32

Tam orta təhsil səviyyəsi üzrə eksternat imtahanları keçiriləcək

UNEC tələbələri yarışda ilk üç yerin qalibi oldu
10.12.2018, 10:28

UNEC tələbələri yarışda ilk üç yerin qalibi oldu

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib
10.12.2018, 10:24

BirBank tətbiqi “Ən innovativ mobil bank” seçilib

Paşinyanı 3 problem GÖZLƏYİR
10.12.2018, 10:16

Paşinyanı 3 problem GÖZLƏYİR

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü
10.12.2018, 09:58

İstirahət günləri Azərbaycan yollarında 4 nəfər öldü

Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..   
10.12.2018, 09:45

Milli Məclisin builki işi hansı məqamlarla parlament jurnalistlərinin yadında qaldı?..  

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR
10.12.2018, 09:43

Xəzərdə batmaq təhlükəsi ilə üzləşən 2 balıqçı xilas edildi - FOTOLAR

Ermənilər cəbhədə təxribat törətdi
10.12.2018, 09:40

Ermənilər cəbhədə təxribat törətdi

ARXİV