Modern.az

20-ci əsrin xalq tərəfindən seçilmiş ən SEVİMLİ SİMALARI

20-ci əsrin xalq tərəfindən seçilmiş ən SEVİMLİ SİMALARI

1 Fevral 2018, 22:34

Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzi 20-ci əsrin sevimli simaları ilə bağlı Rusiya Federasiyasında apardıqları sorğu və araşdırmaların nəticələrini elan ediblər.

Modern.az saytı həmin nəticələri təqdim edir.

 

Mərkəzin yekun nəticələrinə görə reytinq cədvəlinə Yuru Qaqarin başçılıq edir.

 

2-ci və 3-cü yerləri Vladimir Vısotski və Sovet İttifaqı Marşalı Georgi Jukov bölüşdürürlər.

 

4-cü yerdə hələ də rusiyalılar tərəfindən unudulmayan İosif Stalin qərarlaşıb.

 

5-ci yerə yazıçı, publisist, tarixçi, Nobel mükafatı laureatı Aleksandr Soljenitsın sahib olub.

 

“Hərb və Sülh”ün müəllifi, yazıçı, filosof Lev Tolstoy reytinq cədvəlinin 6-cı pilləsinə layiq görülüb.

 

Məşhur balerina Maya Plisetskaya da rusların sevimli siması olaraq 7-ci yerə seçilib.

 

Dünya proletarlarının rəhbəri Vladimir İliç Lenin də reytinq cədvəlində 8-ci yerdə özünə yer tapıb.

 

SSRİ-də görkəmli insan hüquqları müvəkkili, məşhur fizik Andrey Saxarov da yaddaşlardan silinməyib, nəticələrə əsasən Saxarov 9-cu yerdə qərarlaşıb.

 

Fiqurlu konki üzrə üçqat Olimpiya çempionu İrina Rodnina idman turnirlərində 1-ci yerdə olsa da sevimli simalar cədvəlində sonuncu pilləyə, 10-cu yerə layiq görülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?