Modern.az

Əfv Komissiyası bu gün yenə toplanır  

Əfv Komissiyası bu gün yenə toplanır   

2 Fevral 2018, 09:02

Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçiriləcək.

 

Modern.az- ın məlumatına  görə, iclasda komissiyaya daxil olan növbəti müraciətlərə baxılacaq.

 

Qeyd edək ki, Əfv Məsələləri Komissiyasına 1000-dək müraciət daxil olub. Komissiyasının yanvarın 30-da keçirilən ilk iclasında 100 müraciətə baxılıb. Müraciətlərə tam baxıldıqdan sonra müvafiq siyahı Azərbaycan Prezidenti İlham Əliyevə təqdim ediləcək.

Novruz bayramı ərəfəsində isə əfv sərəncamının veriləcəyi gözlənilir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?