Modern.az

Həkimlərin “şizofrenik xəstə” diaqnozu qoyduğu sağlam adamlar - Səs-küylü HADİSƏ  

Həkimlərin “şizofrenik xəstə” diaqnozu qoyduğu sağlam adamlar - Səs-küylü HADİSƏ   

Aktual

2 Fevral 2018, 10:38

Psixiatriya tarixinin ən səs-küylü təcrübələrindən biri olan “Rosenhan təcrübəsi” David Rosenhan adlı bir psixiatr tərəfindən aparılıb.

Modern.az xarici KIV-lərə istinadən xəbər verir ki, psixiatr təcrübəyə “Bir insanın ağlının yerində olub-olmaması dəqiq olaraq təsbit edilə bilərmi” sualını əsas götürərək başlayıb.

Rosenhanın da daxil olduğu 3 psixoloq və bir psixiatr, bir tələbə, bir pedaqoq, bir ev qadını və bir rəssamdan ibarət 8 nəfər qeybdən səslər eşitdiklərini söyləyərək xəstəxanaya müraciət edir. Əslində isə bu 8 nəfərin heç bir problemi yoxdur. Klinikaya xəstə kimi qəbul edildikdən sonra isə heç bir bir narahatlıqlarının qalmadığını söyləyəcəkdilər və tamamilə normal davranacaqdılar. Belə də edirlər. Ancaq xəstəxanadakı həkimlər də, rəhbərlik də onlara inanmayaraq xəstəxanada saxlayır.

Klinikadan çıxanlar eyni iddialarla bu səfər başqa  xəstəxanaya müraciət edirlər. Qrupdakılar hər dəfəsində müxtəlif səslər eşitdiklərini iddia edir və bu şəkildə 12 klinikanı ziyarət edirlər. Xəstəxanaların və həkimlərin keyfiyyət göstəricilərinin təcrübə üzərində təsiri olmadığını göstərmək üçün müxtəlif klinikalara müraciət edirlər. Bu klinikalar arasına dövlət xəstəxanaları, böyük şəhərlərdəki universitet xəstəxanaları və özəl xəstəxanalar da yer alır. “Yalançı xəstələr” də təhsil, peşə və yaş kateqoriyalarına görə bir-birindən olduqca fərqlidirlər. Bütün bunlar təcrübənin yanlış olmadığını sübuta yetirmək üçün edilir.

Bütün xəstəxanalar 8 nəfərin hamısına xəstə diaqnozu qoyur. 8 nəfər “boş”, “boşluq”, “nafilə” kimi sözlərin beyinlərində təkrarlandığını iddia edirlər ki, bu sözlər Rosenhan tərəfindən mövcud böhranın siqnallarını verdiyi üçün özəlliklə seçilir. Qrupdan 7 nəfərə “şizofrenik”, 1 nəfərə isə “manik-depresif psixoz” diaqnozu qoyulduqdan sonra xəstəxanaya yerləşdirilirlər.

Xəstəxanaya yatdıqdan sonra tamamilə normal davranan və  artıq səs eşitmədiklərini söyləyən insanların xəstə olmadıqlarına həkimləri inandırmaları təxminən 19 gün çəkib. Bir dəfəsində isə düz 52 gün xəstəxanada saxlanılıblar.

Xəstəxanadan çıxarılanda belə həkimlər “geriləmə dövründəki şizofrenik” diaqnozu qoyaraq göndərirlər. Rosenhana görə bu diaqnoz həkimlərin şizofreniklərin sağala bilməyəcəyini düşündüklərini göstərir. Çünki “geriləmə dövründə şizofrenik” diaqnozuna sahib olmaq ağlı başında olduğunuz mənasına gəlmir. Heç kim sağalmış bir xərçəngi qüsurlu olaraq görmür, amma bircə “müxtəlif səslər eşitmə” şikayəti belə xəstənin həyatı boyu üzərinə yapışacaq bir damğayla yaşamasına səbəb ola bilir.

Xəstəxanalar  bu təcrübənin nəticələrini qəbul etmirlər. Digər xəstəxanalar kimi bu tip xətaları əsla etməyəcəklərini söyləyirlər. Hətta bir xəstəxana müdriyyəti Rosenhan ilə əlaqə yaradaraq xəstəxanalarına xəbər verməyərək“yalançı xəstələr” göndərməsini istəyir.

İlk təcrübədəki vəziyyətin öz xəstəxanalarında heç vaxt yaşanmayacağını, xəstəxananın həkim kollektivinin bu “yalançı xəstələr”i həqiqilərdən ayıracaqlarını deyir.

Rosenhan bu təklifi qəbul edir. 3 aylıq müddətdə xəstəxana kollektivi xəstəxanaya müraciət edən 193 xəstənin 41-nin “yalançı xəstə” olduğunu düşünür. 42 insana da şübhə ilə yanaşırlar.  Hətta 41 xəstənin 19-nun ağlınınyerində olduğu mövzusunda  psixatr və  xəstəxana personalı görüşüb müzakirələr edirlər.

Beləliklə, Rosenhan psixologiya dünyasını ikinci təcrübəsiylə rüsvay edir. Çünki psixiatr 3 aylıq müddətdə xəstəxanaya bir dənə belə olsun xəstə göndərməmişdi.

Təcrübəylə bağlı digər ağlasığmaz məqamlar da var.  İlk çalışmalarda xəstə diaqnozu ilə xəstəxanaya yatırılan 8 nəfərlik qrupu o an xəstəxanada olan həqiqi xəstələrin bir qismi “saxta xəstə” olaraq görüb.

118 həqiqi xəstədən 35-i bu 8 nəfərlik qrupun üzvlərinə: “sən dəli ola bilməzsən, hər halda xəstəxananı yoxlamağa gələn bir jurnalist, ya da professorsan”-deyib. Qalan xəstələr də bu insanların əvvəlcə xəstə olub sonradan düzəldiklərinə inanırlar.

Xəstəxana işçiləri və həkimlər isə onların yalançı xəstə olduqlarını heç bir zaman anlamayıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür