Modern.az

Dünyanın ən humanist həbsxanası - Bura düşən bir də çıxmaq istəmir - FOTOLAR

Dünyanın ən humanist həbsxanası - Bura düşən bir də çıxmaq istəmir - FOTOLAR

Dünya

2 Fevral 2018, 13:26

Norveçdə yerləşən Halden həbsxanası dünyanın ən humanist və komfortlu həbsxanası hesab olunur.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, həbsxana 2010-cu ildə inşa olunub və ağır cinayətlər törətmiş şəxslər üçün nəzərdə tutulub. Maraqlıdır ki, törətdikləri cinayətin ağırlığına baxmayaraq, onların heç biri 21 ildən artıq burada qalmayacaq. Çünki Norveç qanunvericliyinə görə, bu maksimal həbs müddətidir.

 

Soyuducu və televizorla birlikdə 1 məhkumun 1 illik həbsxanada saxlanılması dövlət büdcəsinə 185 min dollara başa gəlir.

Haldenin ətrafında 30 hektarlıq meşə sahəsi var. Məhkumlara həmin meşədə gəzinti də təşkil olunur. Həbsxanadan çıxan hər 5-ci məhkum 2 il ərzində yenidən həbxanaya qayıdır.

 

Məhkumlara hər gün idman zalında 1,5 saat keçirməyə icazə verirlər.

Gündəlik olaraq məhkumlara 9 dollar maaş verilir. İstənilən şəxs özünə yemək hazırlaya bilər. Yerli kitabxanada ən populyar kitab kulinariya ilə bağlıdır.

 

Həbsxananın rəisi Are Heydalin 250 məhkuma 340 personalı var.

Həbsxana nəzarətçiləri 2 il ərzində xüsusi  hazırlıq keçir və insan haqları barədə dərs alırlar.

Məhkumlar səhər 8:30-dan axşam 17:30-a qədər kamerada qalmalı, qalan vaxtlarda isə ya işlə, ya şəxsi qayğları ilə məşğul olmalıdırlar.

Həbsxana direktoru qaçış, yaxud nəzarətçilərə hücum hallarının olmadığını deyib.

 

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür