Modern.az

Prezident Cəlilabadın icra başçısını Yasamala gətirdi - SƏRƏNCAM

Prezident Cəlilabadın icra başçısını Yasamala gətirdi - SƏRƏNCAM

Ölkə

2 Fevral 2018, 15:41
Prezient İlham Əliyev Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı Əziz İmran oğlu Əzizovun vəzifədən azad edilməsi ilə bağlı sərəncam imzalayıb. 
 
Modern.az xəbər verir ki, ölkə başçısının digər sərəncamı ilə Əziz Əzizov, Bakı şəhəri Yasamal Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.
 

Əziz Əliyev 9 dekabr 1963-cü ildə Cəbrayıl rayonunda anadan olub. Keçmiş Neft və Kimya İnstitutunda mühəndis ixtisası üzrə ali təhsil alıb.

1985-1986-cı illərdə Bakı Tramvay parkında xətt sahəsi təmiri ustası, 1986-1987-ci illərdə vaqon bölməsində usta, 1987-1989-cu illərdə yol təhlükəsizliyi müfəttişi, 1989-1990-cı illərdə yol təhlükəsizliyi idarəsinin rəisi, 1990-1992-ci illərdə istismar idarəsinin rəisi vəzifəsini ica edib.

1992-1993-cü illərdə Bakı şəhər Nəqliyyat Departamentinin texniki şöbənin rəisi, 1993-1996-cı illərdə Bakı şəhər Nəqliyyat Departamentinin hərəkətin təhlükəsizliyi üzrə rəisi vəzifələrində çalışıb.

1996-2006-cı illərdə sahibkarlıq fəaliyyəti məşğul olub.

Azərbaycan Prezidentinin 8 avqust 2006-cı il tarixli sərəncamı ilə Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı təyin edilib. 2 fevral 2018-ci il tarixinədək bu vəzifədə çalışıb.

YAP-ın üzvüdür.

Ailəlidir, 3 övladı var.

Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır