Modern.az

“Biz Azərbaycanın övladıyıq” adlı festival keçiriləcək

“Biz Azərbaycanın övladıyıq” adlı festival keçiriləcək

24 Noyabr 2009, 17:34

Gənclər və İdman Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YUNİSEF-in birgə iştirakı ilə noyabrın 25-də Musiqili Komediya Teatrında "Biz Azərbaycanın övladıyıq" adlı festival keçiriləcək. Gənclər və İdman Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, uşaq və gənclərin yaradıcılıq festivalında, Azərbaycanda yaşayan etnik millətlərin 100 nəfərədək uşaq və gəncinin iştirakı nəzərdə tutulur. İştirakçılar bu tədbirdə öz xalqlarının mədəniyyətini nümayiş etdirəcəklər. 

Tədbir Azərbaycan Respublikasında 2009-cu ilin “Uşaq ili” elan edilməsi çərçivəsində keçirilir.

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi