Modern.az

Türkiyə hərbçiləri Afrində daha bir yüksəkliyi nəzarət atına alıb

Türkiyə hərbçiləri Afrində daha bir yüksəkliyi nəzarət atına alıb

Dünya

2 Fevral 2018, 20:16

Türkiyə Silahlı Qüvvələri Afrində antiterror əməliyyatını davam etdirir. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, Türkiyə hərbçiləri Darmık dağını nəzarət atına alıb.

Məlumata görə, bundan öncə həmin dağ PKK terrorçu qruplaşmasının Suriyadakı qolları olan YPG və PYD-nin nəzarətində idi və həmin dağdan Türkiyənin sərhəd şəhəri olan Kilisin atəşə tutulmasında istifadə edilirdi.

Məlumatda Darmık dağının zirvəsinə Türkiyə bayrağının sancıldığı qeyd olunub.

Qeyd edək ki, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı yanvarın 20-də Suriyanın Afrin əyalətində "Zeytun budağı" adlı antiterror əməliyyatının başlandığını elan edib.

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!