Modern.az

İsrail ordusu ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb

İsrail ordusu ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb

Dünya

2 Fevral 2018, 22:24

Bu gün Qəzza zolağında və İordan çayının qərb sahilində İsrail hərbçiləri ilə toqquşmalarda 40-dan çox fələstinli xəsarət alıb. Modern.az “RİA Novosti”yə istinadən  xəbəır verir ki, bu barədə  Fələstin Qızıl Aypara Cəmiyyətinin nümayəndəsi bildirib.

 

Cəmiyyətin nümayəndəsi İrab əl-Fukah bildirib ki, fevralın 2-də toqquşmalar nəticəsində 5 fələstinli döyüş gülləsi, 2 nəfər isə rezin güllələrdən xəsarət alıb. 31 nəfər gözyaşardıcı qazdan zəhərlənib.

 

Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib ki,  Qəzza zolağı ilə İsrail arasında sərhəddə 3 fələstinli güllə yarası alıb, daha iki nəfər gözyaşardıcı qazdan zəhərlənib alıb.

 

ABŞ-ın Qüdsü İsrail paytaxtı kimi tanımasından sonra  Qəzza zolağında və İordan çayının qərb sahilində iğtişaşlar iki aya yaxındır ki, davam edir.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür