Modern.az

Bank işçiləri bir ayda 458 nəfər azalıb

Bank işçiləri bir ayda 458 nəfər azalıb

2 Fevral 2018, 23:07

Bu il yanvarın 1-nə vəziyyətə görə, Azərbaycanın bank sektorunun işçi heyətinin sayı 16171 nəfər olub. Modern.az  xəbər verir ki, bu barədə Maliyyə Bazarlarına Nəzarət Palatasının açıqladığı statistik  məlumatda bildirilir.

Məlumata görə, bu, ötən il dekabrın 1-i ilə müqayisədə təxminən 2,75% və yaxud 458 nəfər azdır: "Ötən ilin əvvəlinə nisbətən sektorun işçi heyətinin sayı 4,6% və yaxud 776 nəfər azalıb. Lisenziyası geri çağırılmış "Dəmirbank" ASC nəzərə alınmadan ötən ay bankların işçilərinin sayı 63 nəfər artıb".

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Sərhədimiz POZULDU - Hərbçilərimiz ATƏŞ AÇDI