Modern.az

Azərbaycan nefti bahalaşdı

Azərbaycan nefti bahalaşdı

İqtisadiyyat

2 Fevral 2018, 23:23

CIF bazisi üzrə İtaliyanın Augusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,9 dollar/barel təşkil edib ki, bu da çərşənbə gününə olan göstəricidən 0,57dollar/barel çoxdur. Modern.az  xəbər verir ki, bu barədə “Trend”ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

 

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti fevralın 1-də 70,22 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,57 dollar/barel çoxdur.

 

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti fevralın 1-də 66,52 dollar/barel təşkil edib ki, bu da əvvəlki qiymətdən 0,42 dollar/barel çoxdur.

 

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti isə fevralın 1-də 68,49 dollar/barel təşkil edib. Bu, əvvəlki qiymətdən 0,4 dollar/barel çoxdur.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?