Modern.az

Valideynlik hüququndan məhrum edilən azərbaycanlılar...  

Valideynlik hüququndan məhrum edilən azərbaycanlılar...   

3 Fevral 2018, 11:33

Son zamanlar Azərbaycanın ailə institutunun təməlində zəiflik müşahidə olunur. Adı çəkilən problemlər isə özünü boşanma hallarının sayının artmasında göstərir. Bu isə son nəticədə ailədə uşaqların psixi inkişafına mənfi təsirsiz ötüşmür. Qeyd olunan problemlə əlaqədar son vaxtlar aktual olan məsələlərdən biri də məhkəmələr tərəfindən valideynlik hüququndan məhrumetmə hallarıdır.

Bəs valideynlər hansı hallarda valideynlik hüququndan məhrum edilə bilər?


Modern.az məsələnin aktuallığını nəzərə alaraq, valideynlik hüququndan məhrum etmə ilə bağlı Azərbaycan Respublikası Ailə Məcəlləsindəki bəzi maddələri diqqətə çatdırır.


Valideynlik hüquqları həyata keçirilən zaman uşaqların hüquq və mənafelərinə ziyan vuran valideynlər qanunvericiliklə müəyyən olunmuş qaydada məsuliyyət daşıyırlar. Bu məsuliyyət tədbirlərindən biri valideynlərin valideynlik hüququndan məhrum edilməsidir. Valideynlik hüququndan məhrum etmə Azərbaycan Respublikası Ailə Məcəlləsinin 64-cü maddəsinə əsasən həyata keçirilir. Məcəlləyə əsasən valideynlər öz hüquqlarından aşağıdakı hallarda məhrum edilə bilərlər:


-valideynlik vəzifələrini yerinə yetirmədikdə
-alimenti qəsdən ödəmədikdə
-heç bir üzürlü səbəb olmadan uşağı doğum evindən və yaxud hər hansı müalicə, tərbiyə, əhalinin sosial müdafiəsi müəssisəsindən və digər analoji müəssisələrdən götürməkdən imtina etdikdə
-valideynlik hüquqlarından sui-istifadə etdikdə
-uşaqlara qarşı məişət zorakılığı ilə bağlı hərəkətlər törətdikdə
-xroniki alkoqol və narkomaniya xəstəsidirsə
-uşaqların və ya ərinin (arvadının) sağlamlığına və ya həyatına qarşı qəsdən edilmiş cinayət törətdikdə valideynlik hüququnda məhrum edilirlər


Ailə Məcəlləsinin 65-ci maddəsinə görə, valideynlik hüquqlarından məhrumetmə məhkəmə qaydasında həll edilir.


- Məhkəmə valideynlik hüquqlarından məhrumetmə işlərinə valideynlərdən (onları əvəz edən şəxslərdən) birinin ərizəsinə, habelə yetkinlik yaşına çatmayanların hüququnu müdafiə edən orqanın və ya müəssisələrin müraciətinə əsasən onların iştirakı ilə baxır.
- Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynlik hüquqlarından məhrum edilmiş valideynlərdən (onlardan birindən) uşağa aliment tutulması məsələsini də həll edir.
- Valideynlik hüquqlarından məhrumetmə işinə baxılarkən məhkəmə valideynin (onlardan birinin) hərəkətlərində cinayət əməli olduğunu aşkar edərsə, bu barədə prokurora məlumat verməyə borcludur.
- Məhkəmə, valideynlik hüquqlarından məhrumetmə haqqında qətnamə qanuni qüvvəyə mindikdən sonra 3 gündən gec olmayaraq bu qətnamədən çıxarışı müvafiq icra hakimiyyəti orqanına göndərməlidir.


Valideyn hüququndan məhrum edilmiş valideynlər uşağa münasibətdə həmin uşaqla qohumluq faktına əsaslanan bütün hüquqlarını itirsələr də aliment ödəməkdən azad edilmirlər. Ailə Məcəlləsinə əsasən, valideyn hüququ məhrum olmuş uşağın digər valideynə verilməsi mümkün olmadıqda və ya hər iki valideyn bu hüquqdan məhrum edildikdə Qəyyum və Himayə Orqanı uşağın müvafiq uşaq müəssisənə yerləşdirilməsi ilə bağlı tədbirlər görür. Bu məsələ valideyn himayəsindən məhrum olmuş uşaqların yerləşdirilməsi bağlı Ailə Məcəlləsinin 116-cı maddəsilə ilə təznimlənir. Belə ki, Qəyyumluq və Himayə Orqanı valideyn himayəsindən məhrum olan uşağı ailə tərbiyəsinə yerləşdirə bilmədikdə həmin uşaq valideyn himayəsindən məhrum olan və ya yetim uşaqlar üçün nəzərdə tutulmuş tərbiyə, müalicə, əhalinin sosial müdafiəsi müəssisələrinə və digər analoji müəssisələrə verilə bilər.


Modern.az-ın məlumatına görə, ötən ilin 6 ayı ərzində Azərbaycanda I instansiya məhkəməsində valideynlik hüququndan məhrum edilmə ilə bağlı 66 mülki işə baxılıb. Onlardan 32-nin iddiası təmin edilib.
Həmçinin, I instansiya məhkəməsində valideynlik hüquqlarının məhdudlaşdırılması ilə bağlı 46 mülki işə baxılıb. Onlardan isə 41-nin iddiası təmin edilib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir