Modern.az

Əflatun Amaşov onun adından istifadə edənlərə SƏSLƏNDİ: “Mətbuat Şurası tədbir görəcək!”

Əflatun Amaşov onun adından istifadə edənlərə SƏSLƏNDİ: “Mətbuat Şurası tədbir görəcək!”

Media

3 Fevral 2018, 12:12

“Qaynar-xett.az” saytı “əməkdaşlarına” payladığı vəsiqələrin üzərində Mətbuat Şurasının adını və qurumun sədri Əflatun Amaşovun “imzası”nı qeyd etməklə saxtakarlığa əl atıb.

Məsələ ilə bağlı Mətbuat Şurasının sədri, Milli Məclisin deputatı Əflatun Amaşov Modern.az-a açıqlama verib. Mətbuat Şurasının sədri deyib ki, saxta sənəd hazırlayan şəxslər hüquqi məsuliyyət daşımalıdır ki, belə hallar yenidən təkrarlanmasın.

“Mətbuat Şurası belə halların qarşısının alınması üçün müvafiq addımlar atacaq. Biz ilk növbədə cəmiyyətə açıqladıq ki, belə hallar var. Kimlərsə bu cür hallarla qarşışalarsa, bilsinlər ki, həmin sənədlər saxtadır. Burada məqsəd onlara qarşı mübarizə aparmaqdır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir