17 oktyabr 2018, Çərşənbə axşamı
Ana Səhifə - MÜSAHİBƏ - BDU-nun kafedra müdiri: “Televiziya və radioda əksər jurnalistlər dil normalarını pozurlar” - MÜSAHİBƏ  
BDU-nun kafedra müdiri: “Televiziya və radioda əksər jurnalistlər dil normalarını pozurlar” - MÜSAHİBƏ  
03.02.2018, 13:05

Allahverdi Məhərrəm oğlu Məmmədli 1956-cı ildə anadan olub. 1976-1981-ci illərdə Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsində təhsil alıb və 2005-ci ildən burada çalışır. Allahverdi müəllim müxtəlif illərdə Naxçıvan MR Televiziya və Radio Verilişləri Komitəsində redaktor, “Şərq qapısı” qəzetində baş redaktorun birinci müavini, “Xalq qəzeti”nin xüsusi müxbiri, “Azad Azərbaycan” qəzetinin baş redaktoru, “Azad Azərbaycan” radiosunun məsul redaktoru, AzTV-də “Xəbərlər” redaksiyasının baş redaktoru vəzifələrində çalışıb.
2004-cü ildə “Cəlil Məmmədquluzadə yaradıcılığında azərbaycançılıq” mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2015-ci ildə filologiya üzrə elmlər doktoru dərəcəsini alıb.
2017-ci ilin may ayından isə Bakı Dövlət Universitetinin Televiziya və radio jurnalistikası kafedrasının müdiridir. 50-dən artıq elmi məqalənin, Azərbaycanda 3, xaricdə dərc olunmuş 1 monoqrafiyanın, 1 dərs vəsaitinin və digər kitabların müəllifidir.

Modern.az saytı Allahverdi Məmmədli ilə müsahibəni təqdim edir. 

           
- Allahverdi müəllim, bu gün televiziya və radio sahəsində çalışan jurnalistlər dil normalarını hansı səviyyədə qoruyurlar? Bu sahədə mövcud olan problemlər nələrdir?

           
- Televiziya və radio sahəsində çalışan jurnalistlərin əksəriyyəti dil normalarını pozaraq çox ciddi nöqsanlara yol verirlər. Bunun əsas səbəbi, sözsüz ki, həmin sahədə çalışan jurnalistlərin təhsil bazalarının sırf jurnalist ixtisası olmamasıdır. Həmçinin onların böyük əksəriyyəti ədəbiyyat və jurnalist ixtisası ilə sıx əlaqəsi olmayan insanlardır. Jurnalistika sahəsində çalışanların bir çoxu həkimdir, bir qismi iqtisadçıdır və başqa ixtisas sahibləri də var. Hər bir dilin öz qayda-qanunu mövcuddur. Gərək dillə məşğul olan mütəxəssis bu qayda-qanuna əməl eləsin. Bizim jurnalistlər çox zaman buna əməl etmirlər. Onlara efir verildikdə özlərini çox sərbəst aparırlar. Əlbəttə, səhnədə özlərini sərbəst aparmalıdırlar və bu sərbəstlik təbiidir. Çox vaxt həmin sərbəstlikdən irəli gələn səbəblərə görə, dilin normaları kobudcasına pozulur. Həmin jurnalistlər çox zaman jarqon ifadələr işlədirlər. Əslində, belə ifadələr tamaşaçıya heç nə vermir. Əksinə, tamaşaçının dilə olan münasibətini, zövqünü və marağını korlayır. Nəticədə tamaşaçıda olan dil haqqındakı bilik və təsəvvürlər yoxa çıxır. Dil xalqın varlığıdır. Dil televiziya və radio məkanında elə qorunmalıdır ki, o, estetik baxımdan gözəl olsun. Həm də bu dil vasitəsilə kütləni öz arxanca aparmalısan. Bununla yanaşı, kütlənin zövqünü, səviyyəsini yüksəldərsən. Kütlə o vaxt sənə inanıb etibar edir ki, sən dildən gözəl istifadə edirsən və ifadələri yerində işlədirsən. Əlbəttə, istifadə etməyəndə müəyyən nöqsanlar yaranır. Bizim televiziyada kifayət qədər belə faktlar var. Çox yaxşı ki, Milli Televiziya və Radio Şurası var. Bu qurum hər dəfə dillə bağlı monitorinqlər keçirir. Hansı proqramda dil normaları pozulursa, həmin verilişlərlə bağlı müzakirələr aparılır, irad və təkliflər göndərilir. Həmçinin qeyd edim ki, AMEA-nın Dilçilik İnstitutunda belə bir monitorinq şöbəsi də var. Biz təşəkkür edirik ki, təkcə televiziya işçiləri yox, kənardan da bizi izləyib qiymət verənlər var.

           
- Jurnalistlərin dil normalarını pozmaması istiqamətində hansı maarifləndirmə işləri görülür?

           
- Dil normalarının pozulmaması üçün bizim fakültədə müxtəlif fənlər tədris olunur. Bu fənlərdən biri də “Nitq mədəniyyəti” fənnidir. Həmin fənn ən çox bakalavrlara tədris olunur. Fakültəmizdə tədris Azərbaycan, ingilis və rus dillərində aparılır. Həmin kitab üç dildə təhsil alan tələbələrə tədris olunur. Fakültəmizdə həmin kitabı müəllimimiz Nəsir Əhmədov hazırlayıb.

           


- Bu gün fakültənizdə təhsil alan tələbələrin bilik səviyyəsi haqqında söhbət açardız. Bir alim kimi tələbələrin biliyi sizi qane edirmi?

           
- Əvvəllər tələbələrin bilik səviyyəsi nəzərə alınırdı. Amma yaradıcılıq qabiliyyəti nəzərə alınmırdı. Artıq 3-cü ildir ki, biz Jurnalistika fakültəsinə tələbələri qabiliyyət imtahanı əsasında qəbul edirik. Bu gün jurnalist olmaq istəyənlər öncə qabiliyyət imtahanı verir və esselər (sərbəst mövzular) yazırlar. Onların qabiliyyətini yoxlayaraq qəbul edirik. Əvvəllər isə bu metod yox idi. Bizim məqsədimiz yazmaq qabiliyyəti olan jurnalistlər yetirməkdir. Ancaq əvvəllər tələbələr arasından çox az savadlı jurnalistlər yetişirdi. Qabiliyyət imtahanı tətbiq olunduqdan sonra bu problem aradan qalxmağa başladı. Bugünkü qəbul qaydaları bizi qane edir. Biz çalışırıq ki, istedadlı jurnalistlərə yer verək ki, gələcəkdə onlar respublikanın istənilən mətbuat orqanında çalışa bilsinlər. Həmçinin biz çalışırıq ki, ölkənin mətbuat orqanları bizim fakültəyə kadr bazası kimi baxsınlar. Buradan kadrlar seçərək işə götürsünlər. Biz bu istəyimizə, inşallah, nail olacayıq.

           
- Cəmiyyətdə ən çox işlədilən sözlərdən biri də “peşəkar jurnalist” ifadəsidir. Sizcə, bu gün “peşəkar jurnalist” deyəndə kimlər nəzərdə tutulur? Günümüzdə jurnalistlərin əsl vəzifəsi nədir?

           
- Yazıçılar kimi jurnalistlər də anadan jurnalist doğulmalıdır. Yəni onun ixtisası şərti xarakter daşıyır. Jurnalist istedadlı olmalı və yazma qabiliyyətini bacarmalıdır. Ali məktəbdə belə qabiliyyəti olan insanlara biz biraz da köməklik edirik ki, istehsalata gedəndə öz üzərlərində bir qədər də çalışaraq peşəkarlıq əldə etsinlər. Peşəkar jurnalist, birinci növbədə dünyanın nəbzini tutmalıdır. Jurnalist tərəfsiz, qərəzsiz olmalı və vicdanlı yazmalıdır. Biz tələbə və jurnalistlərə bunları aşılamaq istəyirik. Peşəkarlıq budur. Jurnalist siyasətçi də deyil, adi insan da deyil. Jurnalist çalışıb hadisələrə öz mövqeyini bildirməlidir. Elə bir mövqe sərgiləməlidir ki, oxucu bundan nəticə çıxarsın. Jurnalist yazılarında son nəticə çıxarmağı oxucuya həvalə etməlidir. Bax peşəkarlıq budur. Gərək oxucuya hər şeyi axıra kimi çatdırmayasan. Yazıçılarda belədir. Adətən, əsər yazılarkən sonda oxucu bunun niyə yazıldığı haqqında düşünür və nəticə çıxarır.

           
- Bu gün telekanallarda jurnalistlərin yerinə aktyorlar çalışırlar. Bu isə öz növbəsində bir sıra problemin yaranma mənbəyini təşkil edir. Bu haqda da fikirləriniz bizim üçün maraqlıdır.

           
- Mən bunu bir neçə dəfə müxtəlif tədbirlərdə çıxışlarımda qeyd etmişəm. Həqiqətən, bu problem Jurnalistika fakültəsini narahat edən ciddi məsələlərdən biridir. Bəzən səhnədə çıxış edən insanların aparıcılıq etdiyini görürük. Belə olduqda dinləyicinin aparıcıya olan inamı zəifləyir. Aktyor və aktrisanın vəzifəsi tamam başqadır. Adətən, onlar obraz yaradırlar. Əslində, aparıcılığı ciddi analitik təhlili olan jurnalistlər aparmalıdırlar. Jurnalist həm də tədqiqatçıdır. O bir veriliş və ya məqalə hazırlayarkən tədqiqat apararaq müxtəlif mənbələrdən istifadə edir. Elə jurnalistlər var ki, titulu olmasa da, mən onları alim hesab edirəm. Sözsüz ki, bu onların tədqiqatlarına görədir. Onlar alimlər qədər tədqiqat aparırlar. Əsl peşəkar jurnalist həm də tədqiqatçıdır. Buna görə də aparıcılar aktyor yox, jurnalist olmalıdırlar. Çünki bunları biz yetişdiririk.

           
- Rəhbərlik etdiyiniz kafedra bu gün jurnalistikanın hansı problemi ilə daha çox maraqlanır? Bu istiqamətdə nəşrləriniz var? Çünki elmi daha çox nəşrlərdən öyrənirik.

           
- Bilirsiz ki, jurnalistika daim yenilənir. Jurnalistikada durğunluq yoxdur. Əgər durğunluq varsa, deməli, jurnalistikanın özü yoxdur. Jurnalistika hər gün, hər saat yenilənir. Biz daima nəsə öyrənirik. Kafedranın müəllimlər qarşısında öz tələbləri var. Hər bir müəllim tədris etdiyi fənn üzrə dərs vəsaitləri hazırlamalıdır. Mütləq proqramlar hazırlanmalı və hər il yenilənməlidir. Dərs deyən müəllimlərin çoxunun kitabı var. Həmçinin müxtəlif təşkilatlarla da əlaqələrimiz var və birlikdə kitablar nəşr edirik. Biz müəllimlərin bilik səviyyəsinin artırılması üçün onları xarici seminar və konfranslara göndəririk. Orta Asiya, Rusiya və Türkiyə kimi ölkələrin universitetlərinin Jurnalistika fakültələri ilə sıx əlaqə qurmağa çalışırıq. Burada tələbə və müəllimlərin mübadiləsini nəzərdə tuturuq.

           
- Jurnalistlərin etik davranışlarında və praktiki fəaliyyətlərində sizi narahat edən ciddi problemlər nələrdir? Bu sahədə olan bəzi narazılıqları artıq cəmiyyət də hiss edir. Sosial şəbəkələrdə bunlara tez-tez rast gəlirik.

           
- Bizim fakültədə jurnalistlərin etik davranışı və normaları ilə bağlı xüsusi bir fənn tədris olunur. Jurnalistlər təkcə efirdə yox, ictimai həyatda da nümunə olmalıdırlar. Bu normalardan danışarkən öncə nəzərə almalıyıq ki, biz vətəndaş yetişdiririk. Hətta sizə deyim ki, tələbəni qiymətləndirərkən onların biliyi ilə yanaşı, mədəniyyəti, tərbiyəsi, dünyagörüşü kimi amilləri də nəzərə alıram. Təkcə bilik nəzərə alınsa, birtərəfli olur. Xüsusilə teleməkanda jurnalist, geyimindən üzünün ifadəsinə qədər tamaşaçıya nəsə çatdırır. Bunlara əməl olunmasa, tamaşaçıda narazılıq yaranır. Etik mədəniyyət vacib olan amildir. Hər kəs televiziyadan öyrənir. Televiziya tərbiyə və maarifləndirmə vasitəsidir. Tamaşaçı çalışır ki, teleməkanda gördüklərini öz həyatında tətbiq etsin.

           
- Sonda jurnalist peşəsinə yiyələnmiş şəxslərə nə demək istərdiz?

           
- İstərdim ki, jurnalistlər daima mütaliə etsinlər. Teleməkanı və radionu müntəzəm izləsinlər. Dünyanın internet əsri olduğunu nəzərə alaraq sosial şəbəkələrdə olduqca aktiv iştirak etsinlər. Yüksək səviyyəli biliyə malik olsunlar. Həmişə yaxşı jurnalist olmağa çalışsınlar.

 


Söhbəti qələmə aldı: Mahmud Əyyub


xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
27900 şüşə saxta aksizli içki aşkarlandı
17.10.2018, 13:33

27900 şüşə saxta aksizli içki aşkarlandı

Yeni İl ərəfəsində əfv olmayacaq
17.10.2018, 13:21

Yeni İl ərəfəsində əfv olmayacaq

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  
17.10.2018, 13:02

DİN yeni şəxsiyyət vəsiqələri ilə bağlı tədbir görməyə çağırdı  

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı
17.10.2018, 12:55

Əczaçını hədələyib 2000 manat oğurlayan saxlanıldı

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı   
17.10.2018, 12:49

Əli Əhmədov nümayəndə heyətini Çinə apardı  

Sabah hava necə olacaq? - PROQNOZ   
17.10.2018, 12:39

Sabah hava necə olacaq? - PROQNOZ  

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi
17.10.2018, 12:35

Elmin İnkişafı Fondu “Aqrar tədqiqatlar” müsabiqəsi elan etdi

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb
17.10.2018, 12:27

Nazirlik:  Bayıldakı sürüşmədə bir ev dağılıb

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL   
17.10.2018, 12:24

Əli Hüseynli: “8 mindən çox məhkum humanistləşdirmə sərəncamının təsir dairəsinə düşüb” - ÖZƏL  

Pompeo itən jurnalistlə bağlı Türkiyəyə gəldi
17.10.2018, 12:09

Pompeo itən jurnalistlə bağlı Türkiyəyə gəldi

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələr hədiyyə etdi
17.10.2018, 11:59

“Nar” abunəçilərinə pulsuz danışıq dəqiqələr hədiyyə etdi

Bu gün yağış, külək davam edəcək
17.10.2018, 11:57

Bu gün yağış, külək davam edəcək

Lənkəranda soyğunçuluq edən saxlanıldı
17.10.2018, 11:55

Lənkəranda soyğunçuluq edən saxlanıldı

Çingiz Qənizadə: “Erməniləri sevən Leyla Yunus kimilər narahatdır”   
17.10.2018, 11:53

Çingiz Qənizadə: “Erməniləri sevən Leyla Yunus kimilər narahatdır”  

Bakıda ağır qəza: avtobus sürücüsü və vəzifəli şəxs həbs edildi - FOTOLAR
17.10.2018, 11:52

Bakıda ağır qəza: avtobus sürücüsü və vəzifəli şəxs həbs edildi - FOTOLAR

Paşinyan baş nazir postuna namizəd olmayacaq
17.10.2018, 11:50

Paşinyan baş nazir postuna namizəd olmayacaq

Arıçı Səbuhi Nəbiyev: “Nəslimiz arı saxlamağa 150 il əvvəl başlayıb”
17.10.2018, 11:44

Arıçı Səbuhi Nəbiyev: “Nəslimiz arı saxlamağa 150 il əvvəl başlayıb”

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı - FOTO
17.10.2018, 11:36

ABŞ-ın keçmiş səfiri Gündüz Tahirlinin mağazasından şəkil paylaşdı - FOTO

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR
17.10.2018, 11:30

Bibiheybətdə də torpaq sürüşdü, divar uçdu - FOTOLAR

Faktiki hava şəraiti açıqlandı
17.10.2018, 11:29

Faktiki hava şəraiti açıqlandı

Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”
17.10.2018, 11:27

Rəşad Vahabzadə: “Ekoloji kənd təsərrüfatının qayəsi keyfiyyətli məhsullar istehsal etməkdir”

Paşinyan getdi ki, yenidən qayıtsın - Erməni baş nazirin TAKTİKASI   
17.10.2018, 11:19

Paşinyan getdi ki, yenidən qayıtsın - Erməni baş nazirin TAKTİKASI  

ABŞ Polşaya qaz satacaq
17.10.2018, 11:15

ABŞ Polşaya qaz satacaq

Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək   
17.10.2018, 11:08

Sabah Bakıda ilk Milli Turizm Sammiti keçiriləcək  

Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”
17.10.2018, 11:02

Kadırov: “Sən Makqreqoru bir zərbəylə yerə sərməli idin”

ADU-da AXC dövrünün mətbuatı müzakirəyə çıxarıldı
17.10.2018, 10:59

ADU-da AXC dövrünün mətbuatı müzakirəyə çıxarıldı

Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI
17.10.2018, 10:46

Azərbaycanda nə qədər yoxsul var? - Nazirlik AÇIQLADI

Rektor Prezident təqaüdü alan 26 tələbə ilə görüşdü - FOTO   
17.10.2018, 10:31

Rektor Prezident təqaüdü alan 26 tələbə ilə görüşdü - FOTO  

Kapital Bank-dan təhsil işçilərinə “Yenə də beş”
17.10.2018, 10:31

Kapital Bank-dan təhsil işçilərinə “Yenə də beş”

Axtarışda olan 37 nəfər tutuldu 
17.10.2018, 10:29

Axtarışda olan 37 nəfər tutuldu 

ADA Universitetində tibbi aksiya keçiriləcək
17.10.2018, 10:08

ADA Universitetində tibbi aksiya keçiriləcək

Kaliforniyada 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib
17.10.2018, 10:03

Kaliforniyada 18 oktyabr “Azərbaycanın Müstəqillik Günü” elan edilib

Hacıqabulda qoyun oğrusu saxlanıldı
17.10.2018, 09:54

Hacıqabulda qoyun oğrusu saxlanıldı

17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..   
17.10.2018, 09:51

17 oktyabr Yoxsulluqla Mübarizə günüdür - Azərbaycanda rəsmi yoxsulluq səviyyəsi..  

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı
17.10.2018, 09:49

Cəbhədə təxribat - Müdafiə Nazirliyi məlumat yaydı

Badamdarda vəziyyət daha da təhlükəli həddə çatdı
17.10.2018, 09:31

Badamdarda vəziyyət daha da təhlükəli həddə çatdı

Millətlər Liqasında 4-cü tura yekun vurulub - NƏTİCƏLƏR   
17.10.2018, 09:19

Millətlər Liqasında 4-cü tura yekun vurulub - NƏTİCƏLƏR  

BakuBus-un 3 avtobusu toqquşdu
17.10.2018, 08:59

BakuBus-un 3 avtobusu toqquşdu

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi   
17.10.2018, 08:52

Bakının əsas avtomagistrallarında sürət həddi endirildi  

Manat və dolların bugünkü MƏZƏNNƏSİ
17.10.2018, 08:44

Manat və dolların bugünkü MƏZƏNNƏSİ

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi
17.10.2018, 01:01

Tbilisidə Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd edildi

İşğal altındakı yurd yerlərimiz: Hoçaz abidələri - FOTOLAR
17.10.2018, 00:43

İşğal altındakı yurd yerlərimiz: Hoçaz abidələri - FOTOLAR

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək
17.10.2018, 00:22

Bakıda IV Küçə yeməyi festivalı keçiriləcək

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin
17.10.2018, 00:10

Uşaqlarınızı zəngin olması üçün öyrətməyin

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi
16.10.2018, 23:57

Jurnalistin ölümündə şübhəli bilinən baş konsul İstanbulu tərk etdi

Mingəçevirli gənc bıçaqlandı
16.10.2018, 23:34

Mingəçevirli gənc bıçaqlandı

Azərbaycan nefti ucuzlaşdı
16.10.2018, 23:23

Azərbaycan nefti ucuzlaşdı

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib
16.10.2018, 23:08

Azərbaycanın U-21 yığması Norveçlə oyunda qələbəni əldən verib

İranın neft ixracı kəskin azalıb
16.10.2018, 22:53

İranın neft ixracı kəskin azalıb

Sarkisyan hökumətin istefasını qəbul etdi
16.10.2018, 22:40

Sarkisyan hökumətin istefasını qəbul etdi

ARXİV