Modern.az

İlham Əliyev Tağı Əhmədov barəsində SƏRƏNCAM verdi  

İlham Əliyev Tağı Əhmədov barəsində SƏRƏNCAM verdi  

3 Fevral 2018, 14:11

Prezident İlham Əliyev Bakı Metropoliteninin keçmiş rəisi Tağı Əhmədovun təltif edilməsi haqqında sərəncam imzalayıb.

Modern.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına və nəqliyyat sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Tağı Məhəmməd oğlu Əhmədov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.


Qeyd edək ki, T.Əhmədov hazırda hakim Yeni Azərbaycan Partiyası (YAP) Yasamal rayon təşkilatının sədridir. Bundan başqa, Tağı Əhmədov həm də Azərbaycan Memarlıq və İnşaat Universitetində dərs deməklə yanaşı, buradakı Nəqliyyat fakültəsində “Nəqliyyat tikintisi və  Yol hərəkətinin təşkili” kafedrasının müdiridir.

Əməkdar mühəndis fəxri adı daşıyan T.Əhmədov texnika elmləri namizədidir. O.

Həyatının 44 ilini Bakı Metropolitenində çalışmış,  16 ilə qədərini bu qurumun rəisi işləmiş Tağı Əhmədov

“Fəxri Dəmiryolçu”, “Bakı Meropoliteni veteranı” döş nişanları, “Şöhrət” ordeni və “Azərbaycan Resbulikasının Əməkdar mühəndisi” fəxri adı və nişanı ilə təltif edilib.

 Xatırladaq ki, Tağı Əhmədov bu günlərdə yubiley yaşını qeyd edir. Belə ki, iki gün öncə - fevralın 1-də onun 70 yaşı tamam olub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir