Modern.az

Elektron siqaretlərin xərçəngə səbəb olduğu sübuta yetirilib

Elektron siqaretlərin xərçəngə səbəb olduğu sübuta yetirilib

3 Fevral 2018, 17:02

Daha az zərərli olduğu düşünüldüyü üçün istifadə olunan elektron siqaretlərin xərçəng və ürək xəstəliklərinə səbəb olduğu bir daha sübuta yetirilib.

Modern.az xarici KİB-lərə istinadən xəbər verir ki, araşdırmaya görə nikotin bədənə hansı yolla daxil olursa olsun, DNT-yə (dezoksiribonuklein turşusu- canlı orqanizmin formalaşması və həyati proseslərin davam etdirilə bilməsi üçün irsi informasiyanın saxlandığı, nəsillər arasında ötürülən biopolimer) zərər verir.

Bunu Nyu-York Universitetinin Tibb fakültəsinin alimləri araşdırmaları zamanı ortaya çıxarıblar. Laboratoriya şəraitində elektron siqaretə məruz qalan siçanların ağciyər, məsamə və ürəklərində DNT-lərdə zədə aşkarlanıb.

Elektron siqaret istifadəsi zamanı bədənə daxil olan nikotinin xərçəng xəstəliyinə səbəb ola biləcəyi vurğulanıb.

Araşdırmaçılar hal-hazırda normal və elektron siqaretlərin hansının daha zərərli olduğunu araşdırır.

Elektron siqaretin bütün ziyanlarının 1 il içində aparılacaq araşdırmalarda ortaya çıxacağı bildirilib.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir