Modern.az

Çində müsəlmanları həbs düşərgələrinə doldururlar

Çində müsəlmanları həbs düşərgələrinə doldururlar

3 Fevral 2018, 18:51

Çində təxminən 120 min müsəlman-uyğuru Sinszyan-Uyğur Muxtar Rayonunun (SUMR) Kaşqar şəhərindəki siyasi maarifləndirici düşərgələrə göndəriblər. Modern.az Virtualaz.org-a istinadən xəbər verir ki, Çin Xalq Respublikasının ən böyük regionlarından birində İslam əsas dindir. Hakimiyyət siyasi düşərgə yaradıb və orada on minlərlə uyğuru yenidən tərbiyələndirir. Orada onlar inqilabi mahnılar ifa edir, Çin Xalq Respublikasının sədri Si Szinpinin ideyalarını öyrənir və doğma olmayan Çin dilində danışırlar. Ona görə belə deyirik ki, yerli sakinlərin dili uyğur dilidir.

 

Mərkəzi hökumətin belə hərəkətləri insan hüquqları uğrunda mübarizə aparan fəallar və yerli sakinlər tərəfindən kəskin qınaqla qarşılanır.

 

Fəallar iddia edirlər ki, yerli hökumətin Si Szinpinin hərəkətlərinə loyal yanaşması qanunsuzluqdur. Hakimiyyət potensial təhlükəli uyğurları təkcə həbs edib həbsxanalara salmır, həm də hər yerdə müşahidə kameralarını qoyur, nəqliyyat vasitələrinə GPS-tənzimçiləri quraşdırır, 16-65 yaş arasında olanların DNK nümunələrini toplayır...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukrayna ordusu dəhşət saçdı: Rusiya ərazisi vuruldu