Modern.az

“QƏLƏBƏ” statusuna ehtiyacı olan sosial şəbəkə - 14 yaşlı “FACEBOOK”  

“QƏLƏBƏ” statusuna ehtiyacı olan sosial şəbəkə - 14 yaşlı “FACEBOOK”   

Aktual

3 Fevral 2018, 22:56

Bu gün milyonlarla insanın istifadə etdiyi “Facebook” sosial şəbəkəsi 2004-cü ildə Mark Sukerberq tərəfindən yaradılıb və yalnız Harvard universitetinin tələbələri üçün nəzərdə tutulub. Ancaq sonradan böyük populyarlıq qazanaraq bütün planetin ən iri sosial şəbəkəsinə çevrilib.

Modern.az saytı fevralın 4-də 14 yaşı tamam olan “Facebook” sosial şəbəkəsi haqqında yazını təqdim edir.

İnanılmaz olsa da bir faktdır ki, “Facebook” sosial şəbəkəsinin auditoriyasında 2 milyard insan var.

 

Orta statistik göstəricilərə görə hər bir istifadəçinin 130 dostu var. Müntəzəm olaraq istifadəçilər bu dostların ən azı 7-10 nəfəri ilə ünsiyyətdə olur.

 

Hər bir istifadəçi gün ərzində profillərə baxmaq üçün minimum 55 dəqiqə vaxt sərf edir.

 

Sosial şəbəkələrə ən az daxil olan istifadəçilər ay ərzində ən azı 25 rəy yazır, gün ərzində 9-11 “like” edir.

 

Hər bir iştifadəçi ay ərzində minimum 25 qrupa daxil edilir.

 

Ümumi istifadəçilərin 50 faizindən çoxu hər gün sosial şəbəkədə olur.

 

Yaş həddinə görə 35 yaşdan yuxarı olan insanlar şəbəkəyə daha çox qoşulurlar.

 

35 milyon istifadəçi gündəlik olaraq “Nə düşünürsünüz” yerində yeni statuslar yazır.

 

Sosial şəbəkəyə gündəlik olaraq istifadəçilər tərəfindən 250-350 milyon arasında foto yüklənir.

 

Ay ərzində “Facebook” istifadəçiləri öz səhifələrinə 14 milyon video görüntülər yerləşdirirlər.

 

Şəbəkə istifadəçiləri ay ərzində 4 milyarda yaxın paylaşma edirlər.

 

“Facebook”da istifadəçilərin 70 dildən istifadə etmək imkanı var.

 

Bütün istifadəçilər tərəfindən hər gün 6 milyard dəqiqə “Facebook”da olmağa vaxt sərf edilir.

 

Şəbəkənin istifadəçilərinin üçdə bir hissəsi “Facebook”dan ayrılmamaq üçün mobil telefonlardan istifadə edirlər.

 

Bu sosial şəbəkəyə aludəçiliklə bağlı Amerika psixoloqları yeni diaqnoz təyin ediblər: FAD – “Facebook”dan asılılıq.

 

Mark Sukerberq “Facebook”un hesabına dünyanın ən cavan milyarderidir.

 

Elə bizlərin çoxu da bu qarışıq-dolaşıq şəbəkənin istifadəçiləriyik, iradəmizdən asılı olmayaraq. Deməli, bizim üçün də əlamətdar gündür. Ancaq əsl əlamətdar gün, o gün olacaq ki, bu şəbəkədə QƏLƏBƏ xəbərlərini paylaşacağıq. Yəqin ki, onda “Facebook” sosial şəbəkəsi “like”lara görə rekordlarını yeniləyəcək. Deməli, bizim kimi “Facebook”un da bu xəbərə ehtiyacı var...

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı