Modern.az

ABŞ-da sərnişin və yük qatarı toqquşdu: 2 ölü, 116 yaralı - Yenilənib

ABŞ-da sərnişin və yük qatarı toqquşdu: 2 ölü, 116 yaralı - Yenilənib

4 Fevral 2018, 20:25

ABŞ-da sərnişin qatarının yük qatarı ilə toqquşması nəticəsində xəsarət alanların sayı artıb. Modern.az xarici mediaya istinadən xəbər verir ki, Cənubi Karolina ştatının qubernatoru Henri Makmaster 116 nəfərin yaralandığını bildirib.

 

O, bildirib ki, qəzadan sonra 116 nəfər yerli xəstəxanaya yerləşdirilib. Onlardan bəzilərinin xəsarəti yüngül, bəzilərinin xəsarəti ağırdır.

 

Makmasterin sözlərinə görə, hadisə zamanı "Amtrak" şirkətinin 2 əməkdaşı ölüb. 

 

Qeyd edək ki, hadisə ölkənin cənub-şərqində, Cənubi Karolina ştatında baş verib. Nyu-Yorkdan Mayamiyə doğru hərəkət edən "Amtrak" şirkətinə məxsus sərnişin qatarı bu gün səhər Cənubi Karolinada yük qatarı ilə toqquşub. Hadisə zamanı sərnişin qatarında 139 sərnişin və 8 heyət üzvü olub.

 

18:45

 

ABŞ-da sərnişin və yük qatarları toqquşub. Modern.az xarici mediaya istinadən xəbər verir ki, hadisə bu gün yerli vaxtla saat 02.35 radələrində ABŞ-ın Cənubi Karolina ştatında qeydə alınıb.

 

Məlumata görə, Keysi şəhəri yaxınlığında baş verən qəza nəticəsində Nyu-York-Mayami marşrutu ilə hərəkət edən sərnişin qatarında olan 2 nəfər ölüb, 70-ə qədər insan xəsarət alıb.

 

Xəsarət alanların həyatı üçün təhlükə yoxdur. Toqquşma nəticəsində 20 min litrə qədər yanacaq sızıb.  Bir neçə vaqon relsdən çıxıb.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi