Modern.az

Kiyev-Tbilisi reysini yerinə yetirən təyyarə qəza enişi etdi

Kiyev-Tbilisi reysini yerinə yetirən təyyarə qəza enişi etdi

4 Fevral 2018, 20:37

“Ukrayna Hava Yolları” aviaşirkətinin Kiyev-Tbilisi reysini yerinə yetirən təyyarəsi Tbilisi beynəlxalq hava limanında qəza enişi edib. Modern.az  APA-ya istinadən xəbər verir ki, buna səbəb təyyarənin əyləc sistemində yaranmış texniki problem olub.

Təyyarə Tbilisi ətrafında 3 dəfə dairə vurub və 35 dəqiqə gecikmə ilə yüksək sürətlə hava limanına enə bilib. Hadisə yerinə xilasetmə xidməti cəlb olunub. Sərnişinlər və ekipaj üzvləri xəsarət almayıb. Texniki yoxlamadan sonra təyyarənin Tbilisi-Kiyev reysini yerinə yetirib yetirməyəcəyi məlum olacaq.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?