Modern.az

Saakaşvili Ukraynada alternativ hökumət yaradır

Saakaşvili Ukraynada alternativ hökumət yaradır

4 Fevral 2018, 21:07

“İndiki hakimiyyətdən fərqli olaraq, Ukraynada ölkəni idarə etməyə layiq insanlar çoxdur”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bunu  Gürcüstanın sabiq prezidenti, Yeni Qüvvələr Hərəkatı Partiyasının lideri Mixail Saakaşvili bu gün Kiyevdə keçirilən yürüşdə bildirib.

 

Mixail Saakaşvili bildirib ki, fevralın 18-dək Kiyevdə keçiriləcək növbəti aksiyada Ukrayna alternativ hökuməti və prezidentliyə 10 potensial namizədi elan edəcək.

 

Qeyd edək ki, Mixail Saakaşvilinin rəhbərlik etdiyi Yeni Qüvvələr Hərəkatı Partiyasının tərəfdarları Kiyevin mərkəzində ölkə başçısı Pyotr Poroşenkonun impiçment prosesinin başladılması üçün yürüş keçiriblər.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ermənistan ordusu Qazaxın kəndlərindən çıxır