Modern.az

Türkiyəyə 94 raket atılıb

Türkiyəyə 94 raket atılıb

5 Fevral 2018, 00:45

“Türkiyənin Suriya ilə sərhəddəki  şəhərlərinin raket atəşlərinə tutulması nəticəsində 7 dinc sakin həlak olub. "Zeytun budağı" əməliyyatını keçirdiyi Afrinlə sərhəddəki Hatay və Kilis vilayətlərinin şəhərlərinin raket atəşinə tutulması nəticəsində 113 nəfər yaralanıb”. Modern.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Türkiyə baş naziri Bineli Yıldırım açıqlama verib.

 

Baş nazir qeyd edib ki, Hatay vilayətinə 60 raket atılıb: “Kilisə isə 34 raket düşüb. Nəticədə 7 dinc sakin həlak olub, daha 113 nəfər yaralanıb".

 

Qeyd edək ki, Türkiyə ordusu Afrində terrorçu PKK-nın Suriya qolu YPG və PYD-ə qarşı "Zeytun budağı" əməliyyatı keçirir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!