26 may 2018, Şənbə
Ana Səhifə - QARABAĞ - “Aprel şəhidi”nin qızı atasına MƏKTUB yazıb  
“Aprel şəhidi”nin qızı atasına MƏKTUB yazıb   +
05.02.2018, 09:10

Tanınmış jurnalist Aida Eyvazlının "Qalibiyyət: şəhidlər və şahidlər" kitabının ikinci hissəsi çapa hazırlanır. Modern.az-ın məlumatına görə, kitabda Azərbaycan Ordusunun zabiti, “Aprel şəhidi” Vaqif Bayramovun qızı Zeynəbin gündəliyindən bir hissə də oxuculara təqdim olunur.

Kitabın müəllifi deyir ki, o, çox istəyərdi ki, bu məktub bütün dillərə tərcümə olunsun, Ermənistanı, terroru dəstəkləyən prezidentlərə, dövlət başçılarına göndərilsin...

“Qoy silah alveri edənlər, 25 ildir ki, torpaqlarımızda nahaq qan axıdanlar utansınlar. Və görəsən bu məktubu oxumağa gücləri çatacaqmı? 
Balaca Zeynəbə dedim ki, onun gündəliyində yazdıqlarını kitaba köçürəcəyəm, çünki kitaba yazılanlar mələklərin qanadında göylərə aparılır. O dəqiqə soruşdu ki, kitaba yazılsa, atası onları eşidərmi? Çox rahatlıqla dedim ki, “Zeynəb, atan səni eşidir, kitaba yazdıqlarımızı isə lap tez eşidəcək”.
Sevincək gündəliyini açıb mənə göstərdi. O gündəlikdə yazılan bəzi sətirləri tanrı dərgahındakı Vaqifə ismarlayıram”.


“Ata mən səni çox istəyirəm... Amma sən bizi qoyub getdin... Ata mən sənin üzünə deyə bilmirəm... Ancaq mən bura yazıram. Sən gələndə sənə deyəcəyəm... Mən operasiyaya (əməliyyata) girdim. Sən mənim əlimdən tutmuşdun... Mən operasiyadan çıxanda sən mənim əlimi buraxıb getdin və dedin: hər şey yaxşı olacaq... Mən yuxudan duranda əlimi buraxıb dedin ki, indi mən gedirəm şirinim... 
... Hə uşaqlar, mənim atam, Vaqif atam gələndə mən bunu ona oxumağa verəcəyəm...
...Gəl ata, mən səni istəyirəm...
...Mən istəyirəm ki, sən gələndə mən sənə sevincimdən ATA VAQİF deyəm...
...Ata VAQİF yadındadır, sən həmişə mənə “şirinim” deyərdin. İndi sən getdin. Amma mən inanıram ki, sən gələcəksən. Sən gedəndən mənim az qala ürəyim partlayır. Mən bütün valideynləri görüb, deyirəm ki, mənim atam niyə gəlmir?
Allahım, sən bilirsən ki, atamı özün aparmısan... Və o mənim gözəl atam idi...
Ata mənim sənə bir sözüm var: onu sən gələndə deyəcəm... Amma bu söz çox önəmlidir. Bu söz gəlmək haqqındadır. Deyim? Yoxsa yox?! Amma deyəcəm? Pisinə gəlsə də deyəcəm: Səndən küsmüşəm... Ona görə küsmüşəm ki, sən evə gəlmirsən...
Ata sənin getdiyin ikinci ildir. Artıq 10 yaşım keçir... sənin il mərasimində şeir oxudum... hamı mənə baxıb deyirdi ki, o qızın atası yoxdur... Mən də hirslənirdim...
Ataaaaaa.... nə olur gəl, mən çox darıxıram, əvvəlki xatirələrimizə, günlərimizə darıxıram...
“Ata, ata...” yazanda elə qışqırmaq istəyirəm ki... İstəyirəm ki əlini mənə vurasan... İstəyirəm ki, qapımızı döyəsən... və səni qucaqlayım... bu günlüyümü açanda da sən qapını döy və mən bu yazdıqlarımı sənə oxuyum...
Nə bilim... bax indi-indi ürəyimi boşaldıram...”.

Azərbaycan Silahlı Qüvvələrinin zabiti (kapitanı) Vaqif Bayramov 2016-cı ildə “Aprel döyüşləri” zamanı şəhid olub,
Vaqif Bayramov 1979-cu ilin 25 dekabrda Naftalan şəhərində anadan olub. Ailəli idi, bir oğlu və iki qızı yadigar qalıb.
Vaqif Bayramovun qardaşı Mehman Bayramov 1992-ci il 1 iyulda Qarabağ müharibəsində şəhid olub.

2016-cı il aprelin 11-də Vaqif Bayramov doğulduğu Naftalan şəhərində son mənzilə yola salınıb.
Vaqif Bayramov ölümündən sonra göstərdiyi qəhrəmanlığa görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamı ilə "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medalı ilə təltif edilib.






xeber, parlament, ölkə, qarabağ, müsahibə, müəlliflər, təhsil, iqtisadiyyat, reportaj, gündəm, mədəniyyət, dünya, media, ədəbiyyat, fotosöhbət, Azərbaycan, xəbərlər, Russia, Turkey, Azerbaijan, Bakı, Baku

Şərh yaz

Bu kateqoriyadan olan xəbərlər
SON XƏBƏR
“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü
26.05.2018, 15:52

“Dostlarımdan biri vardı, biri yox...” – Xankəndi məzunlarının görüşü

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ
26.05.2018, 15:41

Şimali və Cənubi Koreya liderləri yenidən GÖRÜŞDÜ

Kral ailəsi 70 ildən sonra ilk dəfə...
26.05.2018, 15:20

Kral ailəsi 70 ildən sonra ilk dəfə...

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi
26.05.2018, 15:12

Cənubi Koreya azərbaycanlıları “AXC 100”lə bağlı geyim şousu keçirdi

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT
26.05.2018, 14:51

Gürcüstanda meyiti tapılan tələbə  intihar edibmiş - TƏFƏRRÜAT

Sabah Bakıya yağış yağacaq
26.05.2018, 14:40

Sabah Bakıya yağış yağacaq

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü
26.05.2018, 14:34

Bu ölkədə ordu çevrilişə cəhd etdi: 28 ölü

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX
26.05.2018, 14:22

Rəsulzadə və Şəfi bəy Rüstəmbəylinin düşmənçiliyi  - TARİX

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq
26.05.2018, 13:54

Çempionlar Liqasının qalibi bu gün müəyyən olunacaq

Ötən gün ölkədə 107 cinayət törədilib
26.05.2018, 13:38

Ötən gün ölkədə 107 cinayət törədilib

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq
26.05.2018, 13:31

Diaqnostik qiymətləndirmədən keçən müəllimlərin maaşları artırılacaq

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı
26.05.2018, 13:21

Sosial şəbəkələrdə qadınları şantaj edən şəxs saxlanıldı

Marseldə atışma: 2 ölü
26.05.2018, 13:14

Marseldə atışma: 2 ölü

Ərdoğan seçki mitinqlərinə strart verdi
26.05.2018, 13:03

Ərdoğan seçki mitinqlərinə strart verdi

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...
26.05.2018, 12:49

“Qaçqınkom”da YENİLİK: Bu şəxslər cinayət məsuliyyətinə cəlb olunacaq...

Qərbi Kaspi Universitetində robotlar yarışıb
26.05.2018, 12:37

Qərbi Kaspi Universitetində robotlar yarışıb

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir
26.05.2018, 12:32

Müəllimlərin diaqnostik qiymətləndirilməsi keçirilir

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub
26.05.2018, 12:16

Bakıda gecə klubunun qarşısında kütləvi dava olub

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB
26.05.2018, 12:08

Türkiyə-Rusiya yaxınlaşması güclənəcək - SƏBƏB

Astarada polisi silahla hədələyən şəxs tutuldu
26.05.2018, 11:59

Astarada polisi silahla hədələyən şəxs tutuldu

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq
26.05.2018, 11:49

Amerikalılardan etiraf: Yaxın Şərqdə Rusiya, İran  və Çinə təslim olduq

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil
26.05.2018, 11:40

İlan sancmalarının STATİSTİKASI: 138 min ölü, 400 min əlil

Neft ucuzlaşıb
26.05.2018, 11:28

Neft ucuzlaşıb

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN   
26.05.2018, 11:11

Dondurma alarkən bunlara mütləq DİQQƏT EDİN  

Aya insan göndərilir – 46 il sonra
26.05.2018, 11:04

Aya insan göndərilir – 46 il sonra

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır
26.05.2018, 11:00

Bakıda 2 küçədə hərəkət məhdudlaşdırılır

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı
26.05.2018, 10:47

Şopinq Festivalı – ailəvi alış-verişin və əyləncənin ünvanı

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur
26.05.2018, 10:41

Gəncədə Xalq Cümhuriyyətinin 100 illiyi geniş qeyd olunur

Gənclik calağı   
26.05.2018, 10:37

Gənclik calağı   

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb
26.05.2018, 10:29

Bu şəhərdə 2 gündə 62 nəfər öldürülüb

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı
26.05.2018, 10:23

Baş Prokurorluq işə qəbulla bağlı müsabiqənin vaxtını açıqladı

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb
26.05.2018, 10:09

Azərbaycanın “İnterpol”a verdiyi Burak Bilgili İstanbulda şirkət açıb

Putin söz verdi
26.05.2018, 09:53

Putin söz verdi

Cəbhədə atışma – Pulemyotlar işə düşdü
26.05.2018, 09:43

Cəbhədə atışma – Pulemyotlar işə düşdü

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı
26.05.2018, 09:25

Qusarda kanalda batan şəxsin axtarışına başlanılıdı

ARXİV
SORĞU
Türkiyədə səsvermə hüqüqunuz olsaydı, hansı namizədə səs verərdiniz?
Muharrem İnce (21.7%)
Meral Akşener (12.8%)
Rəcəb Tayyip Ərdoğan (58.1%)
Selahattin Demirtaş (1.67%)
Temel Karamollaoğlu (0.55%)
Doğu Perinçek (5.02%)