Modern.az

Azərbaycan tarixinin növbədənkənar PREZİDENT SEÇKİLƏRİ - Bu dəfə 3-cü olacaq

Azərbaycan tarixinin növbədənkənar PREZİDENT SEÇKİLƏRİ - Bu dəfə 3-cü olacaq

5 Fevral 2018, 12:44

Bu ilin aprelin 11-də Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Prezident İlham Əliyevin sərəncamı ilə Konstitusiyanın 101-ci maddəsinin I hissəsini rəhbər tutularaq, Azərbaycan Seçki Məcəlləsinin 179-cu maddəsinə uyğun olaraq, növbədənkənar prezident seçkiləri elan edilib.

Maraqlıdır ki, müstəqil Azərbaycanın tarixində bundan əvvəl də növbədənkənar prezident seçkiləri keçirilib.


Modern.az
 saytı tarixə qısa nəzər salıb.


1992-ci il martın 6-da Azərbaycanın birinci prezidenti Ayaz Mütəllibov Xocalı  soyqırımı ilə bağlı kütləvi etirazlar və müxalifətin ittihamları fonunda istefa vermişdi. Həmin gündən başlayaq prezidentin səlahiyyətlərini Milli Məclisin (o zamanlar Ali Sovet) spikeri Yaqub Məmmədov icra etməyə başlamışdı. Sonra bu saləhiyyər O vaxtkı Ali sovetin yeni sədri İsa Qəmbərə keçmişdi.

Ardınca növbədənkənar prezident seçkisi keçirilmişdi. Beləliklə də Azərbaycan tarixində ilk növbədənkənar prezident seçkiləri 1992-ci ilin 7 iyununda keçirilmişdi.

Seçicilərin 59,4%-nin dəstəyini qazanan Xalq Cəbhəsinin sədri Əbülfəz Elçibəy Azərbaycanın 2-ci prezidenti seçilmişdi.

Lakin Elçibəy də Mütəllibov kimi Konstitusiya ilə ona verilmiş 5 illlik səlahiyyət müddətini sonuna qədər icra edə bilməyib. 1993-cü il iyunun 4-də Sürət Hüseynovun rəhbərlik etdiyi 709-cu korpusun hakimiyyətə qarşı qiyam qaldırmasından sonra ölkədə siyasi vəziyyət kəskinləşib.

İyunun 17-dən 18-nə keçən gecə prezident Əbülfəz Elçibəy Bakıdakı Prezident iqamətgahını tərk edərək Naxçıvandakı ata yurdu Kələkiyə gedir.

Parlamentin çoxsaylı çağırışlarından sonra Bakıya dönməkdən imtina edən Elçibəy avqustun 28-də keçirilən xalq referendumu ilə istefaya döndərilib. Seçicilərin 97,5%-i onun istefasına səs verib.

Beləliklə, ölkə başçısının səlahiyyətlərini Konstitusiyaya uyğun olaraq Milli Məclisin yeni  sədri Heydər Əliyev icra etməyə başlayıb.

1993-cü il oktyabrın 3-də ölkə tarixində 2-ci dəfə növbədənkənar seçkilər baş tutdu. Həmin seçkilərdə Heydər Əliyev inamlı qələbə qazanaraq Azərbaycanın 3-cü prezidenti seçildi.

 

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan hər kəsi şok edən xəbər: Azərbaycanlı jurnalist vəfat etdi