Modern.az

Aprel müharibəsində Ermənistana qan udduran bu silahlar yenidən düşməni təşvişə saldı  

Aprel müharibəsində Ermənistana qan udduran bu silahlar yenidən düşməni təşvişə saldı   

5 Fevral 2018, 15:13

Bu ilin 19 yanvarında Azərbaycanla Rusiya Federasiyası arasında hökumətlərarası razılaşmaya əsasən Rusiya istehsalı olan müasir döyüş texnikası, silah-sursat və hərbi avadanlıqlar Azərbaycana tədarük olunub.

 

Azərbaycan Müdafiə Nazirliyi bildirib ki, böyük atəş imkanları və dağlıq şəraitdə yüksək keçid qabiliyyətinə malik, silahlanmaya daxil edilən bu tip hərbi texnika 2016-cı ilin aprel ayında keçirilən döyüş əməliyyatları zamanı uğurla tətbiq edilib.

 

Qeyd olunub ki, xeyli sayda canlı qüvvəsi, texnikası və digər vasitələrinin məhv edilməsi bu texnikanın yüksək effektivliyini nümayiş etdrib.

 

Azərbaycana yeni partiya müasir hərbi texnikaların gətirilməsi ilk növbədə Ermənistanı ciddi narahat edir. Buna görədir ki, silahların Azərbaycana gətirilməsindən sonra Ermənistan mətbuatı həyəcan təbili çalır, ekspert çevrələrinə müraciət edərək bunun perspektivini öyrənmək istəyir.

“Bu, Rusiyanın xarici strateji siyasətidir, bunu heç kim dəyişdirə bilmir. Rusiya üçün Azərbaycan dost, strateji partnyor hesab edilir. Biz ölkə daxilində daha yaxşı işləməyə məcburuq ki, həmin hərbi texnikaları Ermənistana da gətirə bilək”.

 

Modern.az saytının məlumatına görə, bunu Ermənistan mətbuatına müsahibəsində politoloq Andranik Nikoqasyan bildirib.

 

Onun sözlərinə görə, Rusiya balansı pozmur, əksinə vaxt keçdikcə tarazlığı qaydaya salır.

“Və biz bilmirik ki, Emənistan hansı silahları alır. Məsələn, mən bunu bilmirəm” –deyə ekspert söyləyib.

 

Andranik Nikoqasyan deyib ki, Rusiya Azərbaycana və Ermənistana silah satışı ilə bağlı bütün addımlarını ATƏT-in Minsk Qrupunun digər həmsədrləri ilə razılaşdırır, onların maraqlarına uyğun addımlar atır.

 

“Rusiya heç nəyi icazəsiz etmir. Biz problemi özümüzdə (Ermənistanı nəzərdə tutur-red) axtarmalıyıq. Biz birləşməyə ehtiyac duyuruq” –deyə əlavə edib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir