Modern.az

Tibb Universitetində ixtisarlar olacaq - AÇIQLAMA

Tibb Universitetində ixtisarlar olacaq - AÇIQLAMA

Aktual

5 Fevral 2018, 15:24

Sosial şəbəkələrdə Azərbaycan Tibb Universitetinin artıq ikinci əsas kafedrasının bağlandığı barədə məlumatlar yayılıb. Ləğv olunan ikinci kafedranın  isə “Latın dili” kafedrası olduğu barədə fikirlər səslənir.

Azərbaycan Tibb Universitetinin mətbuat xidmətinin rəhbəri Günel Aslanova Modern.az-a açıqlamasında əsas kafedraların ləğv olunmasına dair yanlış məlumatların yayıldığını bildirib:

“Kafedraların bağlanmasına dair fikirlər yanlışdır. Sadəcə bəzi kafedralarda  ixtisarlar nəzərdə tutulub ki, bu ixtisarlar da hələ aparılmayıb. Bu rəhbərlik tərəfindən düşünülmüş bir addımdır. Bütün lazımlı fənnlər düşünüləcək və ixtisar olunan fənnlər  mütləq şəkildə digər kafedralarda daha müasir formatda tədris olunacaq”.

Qeyd edək ki, “Latın dili” kafedrasının əsası 1930-cu illərdə qoyulub. Müasir tibb və əczaçılıq terminlərinin izahında latın dili mühüm əhəmiyyət kəsb edir.

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!