Modern.az

“İnterfaks-Azərbaycan”a yeni baş direktor təyin edildi

“İnterfaks-Azərbaycan”a yeni baş direktor təyin edildi

5 Fevral 2018, 15:31
“İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinə yeni baş direktor təyin olunub.
 
Modern.az saytı xəbər verir ki, agentliyin yeni baş direktoru vəzifəsinə uzun illərdir burada çalışan tanınmış jurnalist Anar Əzizov gətirlib. 

Bu təyinatadək agentlikdə baş redaktor vəzifəsini tutan Anar Əzizov 2003-cü ildən “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyində çalışır.  
 
 
Qeyd edək ki, “İnterfaks-Azərbaycan” İnformasiya Agentliyinin sabiq baş direktoru Aleksandr İvanov ötən ilin dekabrında insultdan vəfat edib.

"İnterfaks-Azərbaycan” İnformasiya Agentliyi Rusiyanın "İnterfaks” Beynəlxalq İnformasiya Qrupunun və ARDNŞ-nin təsisçiliyi ilə 2002-ci ilin oktyabrında yaradılıb.
Twitter
Sizə yeni tvit var
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi