Modern.az

ABŞ Venesuelaya qarşı sanksiyaları nəzərdən keçirir

ABŞ Venesuelaya qarşı sanksiyaları nəzərdən keçirir

Dünya

5 Fevral 2018, 22:08

“ABŞ Venesuela neftinin idxalına və ABŞ-dan Venesuelaya emal olunmuş neft məhsullarının ixracına məhdudiyyətlərin tətbiqi barədə imkanları nəzərdən keçirir. Hazırda müxtəlif variantlar gözdən keçirilir. ABŞ və regiondakı digər ölkələrə mümkün təsirlərin azaldılması təhlil olunur”. Modern.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə ABŞ dövlət katibi Reks Tillerson məlumat verib.

 

ABŞ dövlət katibi əlavə edib ki, problemin həlli üçün heç bir addım atmamaq Venesuela xalqını əziyyət çəkməyə dəvət etməklə eyni qiymətləndirilə bilər.

 

Qeyd edək  ki, hazırda Venesuela neftinin ABŞ-a ixracı 1991-ci ildən etibarən ən minimal həddə çatıb.

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı