Modern.az

Dağıstan hökuməti istefaya göndərildi

Dağıstan hökuməti istefaya göndərildi

5 Fevral 2018, 23:42

Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Vladimir Vasilyev hökuməti istefaya göndərib. Modern.az xarici mediaya istinadən xəbər verir ki, digər sərəncamla V.Vasilyev region hökuməti başçısının müavini Anatoliy Karibovu yeni hökumət formalaşanadək müvəqqəti olaraq baş nazir vəzifəsinə təyin edib.

 

Qeyd edək ki, bu gün Dağıstanda korrupsiya ittihamı ilə hökumət sədrinin səlahiyyətlərini müvəqqəti icra edən Abdusəməd Həmidov, onun müavinləri Şamil İsayev və Rayudin Yusufov, Dağıstanın sabiq Təhsil naziri Şahabbas Şaxov və digər vəzifəli şəxslər saxlanılıb. Yanvarın 21-də isə Mahaçqala meri Musa Musayev  səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində dövlətə 80 milyon rubl ziyan vurulması ittihamı ilə həbs edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
BAKI TƏSDİQLƏDİ - Sülhməramlılar Qarabağdan belə çıxarıldı