Modern.az

Oqtay Əsədov nümayəndə heyətini Rusiyaya apardı  

Oqtay Əsədov nümayəndə heyətini Rusiyaya apardı   

Aktual

6 Fevral 2018, 12:57

Milli Məclisin sədri Oqtay Əsədovun başçılığı ilə Azərbaycan parlamentinin nümayəndə heyəti fevralın 6-dan 7-dək Rusiya paytaxtı Moskvada səfərdə olacaq.

 

Parlamentin mətbuat xidmətindən Modern.az-a  verilən məlumata görə, nümayəndə heyətinə Milli Məclisin hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və digər rəsmi şəxslər daxildir.

 

Nümayəndə heyəti Azərbaycanla Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyi münasibətilə Rusiya Federasiyasının Dövlət Dumasında keçiriləcək tədbirdə iştirak edəcək. Yığıncağa Dövlət Dumasının rəhbərliyi və deputatlar qatılacaqlar.

 

Tədbir çərçivəsində mövzu ilə əlaqədar Heydər Əliyev Fondu tərəfindən sərgi təşkil olunacaq.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı