Modern.az

Rusiya Türkiyədən yardım istədi

Rusiya Türkiyədən yardım istədi

6 Fevral 2018, 15:03

Rusiya Müdafiə Nazirliyi ötən həftə Suriyada vurulan Su-25 qırıcısının qalıqlarını geri almaq üçün Türkiyədən yardım istəyib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, fevralın 3-də İdlib vilayətində vurulan təyyarənin qalıqları müxalifət qüvvələrinin əlindədir.

 

Rusiya tərəfini xüsusilə təyyarənin mühərriki maraqlandırır. Mühərrikdəki zədələr əsasında qırıcının hansı raketlə vurulduğunu müəyyən etmək mümkündür.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir