Modern.az

Azərbaycanda İkinci Dünya Müharibəsinin 763 nəfər iştirakçısı qalıb

Azərbaycanda İkinci Dünya Müharibəsinin 763 nəfər iştirakçısı qalıb

Ölkə

6 Fevral 2018, 15:20

Son rəsmi məlumatlara görə, hazırda  Azərbaycanda İkinci Dünya Müharibəsi iştirakçılarının sayı 763 nəfərdir.

Bu barədə Modern.az-ın sorğusuna cavab olaraq, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilib.

Qeyd edilib ki, onlardan hazırda 431 nəfəri müharibə əlili kimi, 332 nəfəri isə müharibə iştirakçısı kimi Prezident təqaüdü alır.


Həmçinin, İkinci Dünya Müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə də aylıq 110 manat məbləğində olmaqla Azərbaycan Prezidentinin təqaüdləri verilir.

Rəsmi məlumata görə, bu sosial təminat növü ilə bərabər, İkinci Dünya Müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb.

İkinci Dünya Müharibəsində 600 minədək Azərbaycan vətəndaşı iştirak edib. Onlardan yarıdan çoxu həlak olub.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?