Modern.az

Dağıstanın yeni baş naziri Tatarıstandan olacaq

Dağıstanın yeni baş naziri Tatarıstandan olacaq

Dünya

6 Fevral 2018, 16:33

Dağıstanın rəhbəri funksiyasını icra edən Vladimir Vasilyev boş qalan baş nazir postuna yeni namizəd təklif edib. Modern.az Rusiya KİV-nə istinadən xəbər verir ki, bu posta hazırda Tatarıstanın iqtisadiyyat naziri səlahiyyətlərini icra edən Artyom Zdunovun təyinat alacağı gözlənilir.

 

Hazırda Dağıstan hökuməti istefaya göndərilib. Respublikanın yüksək vəzifəli məmurlarının ciddi maliyyə maxinasiyaları ilə məşğul olduqları üzə çıxıb.

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır