Modern.az

“Azərbaycan parlamentindəki hər partiyanın kəşfiyyatda öz nümayəndəsi vardı” - MÜSAHİBƏ

“Azərbaycan parlamentindəki hər partiyanın kəşfiyyatda öz nümayəndəsi vardı” - MÜSAHİBƏ

Ədəbi̇yyat

7 Fevral 2018, 13:05

Adıgözəl Məmmədov: “Beriya olmasaydı Mircəfər Bağırovu siyasi səhnədən uzaqlaşdıracaqdılar”


Adıgözəl Məmmədov Azərbaycan Dövlət  Tibb Universitetində təhsil alıb. Ehtiyatda olan zabitdir. 2005-ci ildə təsis etdiyi “Bakı-Seul körpüsü” İctimai Birliyinin sədridir. 2006-cı ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Prezident mükafatçısıdır.

           
Bu illlər ərzində ciddi yaradıcılıqla məşğul olan Adıgözəl Məmmədov bir neçə əsərin müəllifidir. “Siyasi liderlərin psixoloji portretləri”, “Kreml rəhbərlərinin psixoloji portretləri”, “Chas "iks" perevorota : M.D. Bagirova i L.P. Berii”, “Osmanlının çöküşünə Rusiyadan baxış”, “Qəddafinin psixoloji portreti”, “Baş tutmamış çevriliş”, “Qafqaz  rəhbərlərinin psixoloji portreti”, “Slav-Türk-Ari birliyinin geostrateji imperativləri” kitablarının müəllifidir.

Müəllifin  kitabları ABŞ, Avropa, Avstraliya və Rusiyanın çoxsaylı universitet kitabxanalarının  katoloquna daxıl edilib. Modern.az-da A.Məmmədovla söhbəti təqdim edirik.


- Azərbaycanın sovet rəhbərləri içərisində psixoloji portretlini yaratdığınız və həyatını tədqiq etdiyiniz  əsas insanlardan biri Mircəfər Bağırovdur. Maraqlıdır niyə Bağırov?
            


- Çox maraqlı sualdır. Bu mövzuyla yaradıcılığa başlamağımın əsas səbəbi Mircəfər.Bağırova Azərbaycan cəmiyyətində ciddi marağın olmasından irəli gəldi. Gənclik  illərimdə onun haqqında ağsaqqallarımın dilindən  çox eşitmişdim. Həmin insanların dilindən Mircəfər Bağırov adı düşmürdü. Doğrudanda məndə MBağırov şəxsiyyətinə böyük bir maraq yarandı. Həmdə o dövürdə Əkrəm Əylislinin tərtib etdiyi ici yalan ittihamlara dolu olan kitabı nəzərə almasaq, Mircəfər Bağırola bağlı sanballı bir tədqiqat əsəri yox idi. Öncə o, dövrü yaşayan insanlarla görüşərək müstəqil tədqiqat aparmağa başladım. Mircəfər Bağırov Azərbaycanın keşməkəşli dövrünə rəhbərlik edib. Bu dövrdə Moskvadan XDİK-dan “0047” saylı əmri gəlmişdi, İkinci dünya müharibəsi, Pişəvəri hərəkatı və rəhbərliyin azərbaycanlaşdırma siyasəti həyata keçirilmişdi.
O, hakimiyyətə gəldikdə Mərkəzi Komitənin üzvlərinə baxdıqda say baxımından azərbaycanlılar axırıncı yerlərdə idi. Ancaq 1953-cü ilin siyahısına baxanda azərbaycanlılar artığ çoxluq təşkil edirdi. Əslində bunun əsası Nəriman Nərmanov tərəfindən qoyulmuşdu.  Vaxtıilə Mircəfər Bağırovun elə özü də birbaşa Nərmanov tərəfindən önə çəkilmişdi. Belə dəsək ki, Bağırov Nərmanovun milli xəttinin davamçısı idi. Sovetlər dövründə hər zaman Azərbaycanın siyasi rəhbərliyi daxilində milli xətti olub və bu ümumilli liderimiz Heydər Əliyev dövrünün əsas ana xətt olub. Bu ənənənin, şüurun, hisslərin daşıyıcılarından biri Mircəfər Bağırov  olub. Məhz buna görə də Bağırovun Nərimanova böyük hörməti vardı. Hətta onun bədxahları 1927-ci ildə onu Nərimanovçuluqda (o dövrdə Nərimanovçuluğ millətçilik kimi qələmə verilirdi) ittiham edərək Azərbaycan Siyasi idarəsinin rəhbərliyindən uzaqlaşdırdılar.


- Adıgözəl müəllim, Mircəfər Bağırov və Stalin yaxınlaşması necə yarandı? Hələ də bunun haqqında ətraflı məlumat yoxdur.
            


-  Stalin Mircəfər Bağırovu qiyabi tanıyırdı, lakin onların yaxınlaşması 1933-cü ilə təsadüf edir. 1927-ci ildə Bağırov Azərbaycan siyasi idarəsinin rəhbəri vəzifəsindən kənarlaşdırıldıqdan az bir müddət sonra o, Zaqafqaziya su təsərrüfatı komissarı olur. Bağırovun Bakıdan uzaqlaşdırılmasının səbəblərini və Tiflisdəki vəziyyəti barədə məlumatı Moskvada partiya kurslarında olan Ruhulla Axundova onun göndərdiyi məktubda görmək olar (bu məktublar «Siyasi partiyalar, ictimai hərəkatlar» mərkəzi dövlət arxivində saxlanılır).
Məktub 1929-cu ilin 6 mayında Tiflis şəhərinin Piroqov 8 ünvanından Ruhulla Axundova göndərilib. Məktub «Əzizim, Ruhulla» sözləri ilə başlayır. Əvvəlcə Mircəfər Bağırov məktubda Ruhulla Axundovun səhhəti ilə əlaqədar narahat olduğunu və Bakını tərk edən zaman onunla sağollaşmadığına görə özünü bağışlaya bilmədiyini söyləyir. O, məktubunda qeyd edir ki, “Serqo Orcоnikidzenin qəti göstərişinə əsasən Bakını tərk etmək məcburiyyətində qaldım. Elə başa düşürdüm ki, burda (Tiflisdə) yeni vəzifəmi normal şəraitdə icra etməyə başlayacağam. Lakin çox təəssüf  ki, əksinə, yüz dəfə ağır şəraitə düşdüm və əvvəlcədən mənə qarşı hazırlanmış «tələlərlə» üzləşdim. Sanki bu vəhşiləşmiş insanlar məni ilk işıq dirəyindən asmağa hazır dayanmışdılar. Mənə qarşı olan münasibətin əsasını isə Azərbaycan rəhbərliyinin (L.Mirzoyan-Ə.Qarayev-Novruz Rzayev birliyi-A.M.) mənim barəmdə mərkəzə ötürdükləri informasiyalar formalaşdırır. Amma bu rəhbərlər başa düşmürdülər ki, respublikada törətdikləri əməlləri ört-basdır edə bilməyəcəklər”.

Sonralar Beriyanın Stalinə yolladığı məktubla 1929-cu ildə Bağırov yenidən Azərbaycan Dövlət Siyasi İdarəsinin sədri təyin edildi. Artıq Beriya–Bağırov birliyi Orconikidze–Qarayev–Mirzoyan qruplaşması ilə üz-üzə gəlmişdi. 1931-ci ilin noyabrında Lavrenti Beriya Gürcüstan Kommunist Partiyasının I katibi və ÜİK(b)P-nin Zaqfederasiya komitəsinin II katibi seçilir. Bundan sonra Mircəfər Bağırov öz mübarizəsini vəzifədə qalmaq üçün hər şeyi satmağa hazır olan dəlibaşlı kommunistlərə qarşı deyil, bu marionetkaları idarə edən və onların başında duran Serqo Orconikidzeyə tərəf yönəldir.

Nikita Xruşşov xatirələrində yazır: «Mənim Beriya ilə ilk tanışlığım 1932-ci ildə baş vermişdi. Belə ki, o vaxt mən, Moskva partiya komitəsinin II katibi vəzifəsində işləyirdim. Beriyanın mənimlə görüşünün səbəbi kadr məsələsi idi. O mənim yanıma Bağırovla birlikdə gəldi. Bağırov Bakının partiya xadimlərindən biri idi. O vaxt Bağırovla Beriya marksizm-leninizm kurslarında təhsil alırdılar. Aramızdakı söhbətin məğzi Frunze rayon partiya komitəsinin katibi erməni yoldaşımız Ruben barədə idi. Sözsüz ki, o vaxt kadr məsələsini mən həll etmirdim. Ona görə də Beriyanın Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsinə Bağırovun təyin edilməsi barədə xahişini yerinə yetirə bilməzdim. Sonra ancaq mənə məlum oldu ki, bu vəzifəyə Rubenin namizədliyini Serqo Orconikidze vermişdir».

Həqiqətən də Ruben bir müddət Azərbaycan K(b)P MK-nın I katibi vəzifəsində işləyib. Buradan başa düşülür ki, bu erməni əsilli partiya funksionerinin bu vəzifəyə təyin olunmağında canfəşanlıq edən Serqo Orconikidzeymiş. Lakin çox keçmir ki, Bağırov-Beriya birliyi Orconikidzenin adamı olan Rubeni vəzifədən kənarlaşdırmağa nail olur.

Mircəfər Bağırov Moskvada marksizm-leninizm kurslarında təhsilini başa vurduqdan sonra Ümumittifaq K(b)P MK-da əvvəl müfəttiş, bir müddət sonra isə Azərbaycan Sovet Xalq Komissarlığının sədri vəzifəsinə yüksəlir. Sonralar o,Stalinə göndərdiyi məktubda yazırdı:

«Əziz İosif Vissarionoviç, Sizə bildirmək istəyirəm ki, Azərbaycanda Sizin apardığınız siyasi kursa qarşı işə Moskvadan Serqo Orconikidzenin başçılıq etdiyi mərkəz rəhbərlik edir».

1956-ci ildə Bağırovun məhkəməsində Xruşşovun əlaltısı olan SSRİ-nin baş prokuroru Rudenko bu məktubu oxuyur və Bağırov da belə bir məktubun mövcudluğunu inkar etmir. Beləliklə, 1933-cü ildə Mircəfər Bağırov Azərbaycan K(b)P MK-nın birinci katibi seçilir. Onu görə də Beriya faktorı olmasaydı Bağırovu Nərmanovun adamı kimi siyasi səhnədən uzaqlaşdıracaqdılar.



- Maraqlıdır Beriya-Bağırov yaxınlaşmasının köklü səbəbləri nədir?


- Azərbaycan Xalq Cumhuriyyəti dövründə müxtəlif partiyalar olub. Amma  elə bir vəziyyət yaranmışdır ki, partiya maraqları dövlətin maraqlarından üstün olurdu. Yeri gəlmişkın onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev  Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında, 2018-ci ili "Azərbaycan Xalq Cümhuriyyəti İli” elan etməsi dövlətimizin tarixi yaddaşı baxımından olduqca əlamətdar bir hadisədir. Azərbaycan Demokratik Respublikası fəaliyyət göstərdiyi 23 ay ərzində Milli Ordunun təşkili prosesində və həmçinin dövlətin təhlükəsizliyi baxımından general Səməd bəy Mehmandarov, general Əliağa Şıxlinski və general Məmməd bəy Sulkeviç xüsusi rol oynamışlar. Belə ki, 1919-cu il mart ayının 28-də hərbi nazir Səməd bəy Mehmandarovun və Baş Qərargah rəisi Məmməd bəy Sulkeviçin imzaladıqları 157 saylı əmrlə Hərbi Nazirliyin Baş Qərargahının general-kvartirmeystr şöbəsində kəşfiyyat və əks-kəşfiyyat bölməsi yaradıldı. Bu əmrdən sonra bölmənin komplektləşdirilməsi, əsas fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi sahəsində xeyli iş görüldü, lakin hərbi idarə çərçivəsində olan bu struktur fəaliyyətini yalnız təhlükəsizliyin hərbi aspektlərinə yönəldirdi. 1919-cu il aprelin 2-də Nazirlər Şurası sədrinin adına göndərdiyi məktubunda Səməd bəy Mehmandarov yazırdı (Məmməd Cəfərli. "Azərbaycan Demokratik Respublikasının milli təhlükəsizlik orqanları", Bakı-2004): "Hərbi əks-kəşfiyyatın başlıca vəzifəsi dövlət daxilində hərbi casuslarla mübarizədir, bolşevizmlə mübarizə ümumdövlət işi olduğundan tək hərbi idarə onun öhdəsindən gələ bilməz...".
Beləliklə,  1919-cu il aprelin 13-də dövlət hakimiyyətinin bütün strukturları Azərbaycan hökumətinin ixtiyarına keçdikdən sonra mərkəzləşdirilmiş kəşfiyyat və əks-kəşfiyyat haqqında məsələnin müzakirəsi mümkünləşdi. Azərbaycan Demokratik Respublikasının parlamentinin qərarı ilə iyun ayının 9-da Vətəni müdafiə sahəsində fövqəladə səlahiyyətlərə malik olan xüsusi orqan - Dövlət Müdafiə Komitəsi yaradıldı. Respublikanın daxilində və sərhədlərində vəziyyət daha da gərginləşdiyindən Dövlət Müdafiə Komitəsi 1919-cu il iyun ayının 11-də Azərbaycanda fövqəladə vəziyyət elan etdi və elə həmin günlərdə də müvafiq qərarla Azərbaycanın dövlət sistemində ilk dəfə idarə tabeçiliyi olmayan xüsusi xidmət orqanı - "Əksinqilabla Mübarizə Təşkilatı"nı yaratdı. Qısa müddət ərzində Bakıda təşkilatın yeddi rayon bölməsi yaradıldı.
           

İlk vaxtlar yeni yaradılan bu strukturun rəhbəri Məmmədbağır Şeyxzamanov oldu. Ancaq çox keçmir ki, paritet əsaslarla formalaşan "Əksinqilabla Mübarizə Təşkilatı" işləməz hala gəldi. "Əksinqilabla Mübarizə Təşkilatı"nda təmsil olunmuş hər partiyanın nümayəndələri səmərəli işləmək əvəzinə daha çox bir-birilərini pusur və pozuculuqla məşğul olurdular. Bu da kəşfiyyat və əks-kəşfiyyat işini iflic hala salmışdı. Belə ki, yeni yaradılan xüsusi xidmət orqanı-"Əksinqilabla Mübarizə Təşkilatı" paritet əsaslarla formalaşdırılırdı. Yəni Azərbaycan parlamentində olan hər partiya bu kəşfiyyat strukturunda öz nümayəndələri ilə təmsil olunurdular. Ona görə də bu paritet əsaslı struktur formalaşmasına  etiraz edən Məmmədbağır Şıxzamanov istefa verir. Məhz bu paritet  sistemi əsasında gələcəkdə marşal rütbəsinə qədər boyüyən,  sovet dövlətinin Stalin dönəminin əsas simalarından birinə çevriləcək  Lavrenti  Beriya Azərbaycan Demokratik Respublikasının xüsusi xidmət orqanlarına, sol yönümlü "Hümmət" siyasi təşkilatının görkəmli nümayəndələrindən biri olan Mirzə Balanın təqdimatı ilə işə götürülmüşdü.

           
Məmmədbağır Şıxzamanovun bu addımından sonra paritet əsaslı struktur formalaşmadan imtina edilir.

           
Xüsusəndə Türkiyənin müharibədə məğlubiyyəti ilə Azərbaycanda marağı olan ölkələrlin kəşfiyyat orqanların tuğyan etdiyi bir yerə çevrilmişdi. Yeni səviyyədə kəşfiyyat işinin təşkilinə çox ehtiyac vardı.

           
Bu baxımdan milli marağlara qulluğ edə biləcək, kəşfiyyat  məlumatlarının bu konteksdən toplayacağ peşakar komandaya çox ehtiyac duyulurdu. Ona görə də  "Əksinqilabla Mübarizə Təşkilatı"nın yeni rəhbəri Nağı Şeyxzamanov çox ciddi kadr islahatları həyata keçirərək, əsasən sədaqətli peşəkarlardan ibarət komanda formalaşdırır. Bax bu zaman Beriyanın sədaqətinə tam inanan Nağı bəy ona daha məsul vəzifəni tapşırır. O, "Əksinqilabla Mübarizə Təşkilatı"nın məktubların yoxlanılması şöbəsinin rəisi təyin edilir. Əslində,  Beriyaya çox ciddi strateji bir sahə tapşırılmışdı. Ona görə ki, o dövrdə məktublar rabitənin ən birinci növü idi. Beriyanın bu təyinatı gələcəkdə onu ittiham atəşinə tutanların ən əsas arqumentinə çevriləcəkdi. Məntiqlə "Hümmətin "Əksinqilabla Mübarizə Təşkilatı"ndakı nümayəndəsi paritet" prinsiplərə son qoyulandan sonra istefa verməli idi, lakin Beriya nəinki bu strukturda öz vəzifəsini qorudu və hətta daha məsul vəzifəyə irəli çəkildi. 

           
Əlbəttə, Beriya sonrakı tərcümeyi-halında bunları tamamən yazmır və gizlədir.1923-cü il tərcümeyi halında ADR-in kəşfiyyatında olduğunu deyir və bolşeviklər tərəfindən paritet əsaslarla göndərildiyini vurğulayır, amma ikinci məqamı, yəni Nağı bəy tərəfindən paritet əsaslara son qoyulandan sonra  yenidən işə cəlb olunmasını gizlədir. Burada Əhməd Bedin ortaya çıxır. Əhməd Bedin türk kəşfiyyatının nümayəndəsi idi.Erməni Hamazapsın quldurlarının  Qubaya hücumu zamanı yerli mülkədar Əli bəy Zizikski yaratdığı dəstə onlara qarışı vuruşurdu. Əli bəy Zizikski Qubada qoçaq oğlanları yığır və Qubanı qorumağa çalışırdı. Bunların içərisində Bağırov da vardı. Bir müddət sonra Əhməd Bedin Əli bəy Zizikski ilə ünsiyyət qurur. Elə burada Bağırov Əhməd Bedinlə tanış olur. Azərbaycanda Sovet höküməti qurulduğdan bir müddət sonra  Beriya Bakıda həbs olunur.Bağırov artıq fövqalədə komissiyanın rəhbəri idi. Əhməd Bedin Bağırovdan Beriyanın həbsdən azad etməyi xahiş edir. O da Əhməd Bedinin xətrin çox istədiyindən onun sözün yerə salmır və  Beriyanı həbsdən azad etdirir. Bir müddətdən sonra Bağırov Beriyanı fövqalədə komissiyaya işə götürür. Əhməd Bedin isə bir müddətdən sonra Əhməd Triniç olur və uzun müddət Azərbaycan nəşriyyatının direktoru işləyir.            


- Bəs Nərmanovla Bağırov necə tanış oldular?

           
- Nərmanovla Bağırovun tanışlığı Həştərxanda olur. Əli bəy Ziziksikinin dəstəsindən ayrılan Bağırov Həştərxana gedir və orda tanış olurlar. Sonra Bağırov özünü bolşevik kimi qələmə verir və milli hissləri qorumağa başlayır. Bir məsələni də qeyd edim ki, Bağırov dövründə Əli bəy Zizikskiyə heç kim dəymir. Bağırov Gürcüstana sürgün olan kimi onu güllələyirlər.       

           
- Stalinin vəfatından sonra  Beriya hakmiyyəti niyə ələ keçirə bilmədi.                 


- Stalinin bir xüsusiyyəti var idi. O ətrafında geniş miqyasda  düşünə bilən bütün  siyasətçiləri məhv etmişdi. Onun ölümünə  yaxın  çevrəsi əsasən iddiasız texnokrat nümayəndələri əhatə olunmuşdu. Ona görə də Stalinin ölümündən sonra siyasi hakimiyyət  boşluğu yaranmışdı. Onun əzəməti və çəkisinə bərabər bir insan siyasi rəhbərliydə yox idi. Əslində  Beriya bunu gördüyünə  hakimiyyəti əla almağa çalışdı. Amma Mikoyan və onun həmfikirləri  bunu hiss eləyirdi. Dərhal əks müdaxiləyə keçdilər. Beriya Bağırova zəng edir ki, hazırlaş. Birdən birə 1953-cü ilin aprelində Bağırov Mərkəzi Komitənin I katibliyindən istefa verir. Hələ heç kim həbs olunmayıb və Beriya da öz işinin başındadır. Burada əsas səbəb var idi. Çünki Bağırov Moskvaya getməli idi. Mirteymur Yaqubov  olur birinci katib və Mircəfər Bağırov da Nazirlər Sovetinin sədri olur. Bağırov Sovet İttifaqı Komunist Partiyasının Mərkəzi Komitəsinin Prezidiumuna (o dövrdə siyasi büro belə adlanırdı) namizəd seçilir. Mikoyan Bağırovu yaxşı tanıyırdı. Mikoyan Xuruşovu başa salır ki, Bağırov-Beriya təhlükəsi tam kandarımızdadır. Mikoyan beləcə ruslarda milli siniri tərpətdi.
 Xruşşov Mikoyanın məsləhətləri ilə Prezidiumdakı rusları öz  ətrafına yığır. Bir plan işə salınır, düşünürlər ki, Beriyanı Yuqaslaviyaya Titoyla danışığlara göndərsinlər və rahat şəkildə zərəsizləşdirmə planının gizli iclasda müzakirə etsinlər. Təhlükəsizlik orqanları Beriyanın nəzarətində olduğundan bu işi hərbiçilərlə görməyi daha doğru sayırdılar... Beləliklə  Beriyanı Yuqaslaviyaya göndərirlər. Düşündükləri kimi  Jukovla ünsiyyətə daxil olurlar. Jukov da onların   təklifin qəbul edir. Beləcə Beriyanın öldürülməsinə qərar verildi. Bu proseslərdə Beriya Kremldə tək idi və yubandı. O daha çox Malinkovun sədaqətinə inanırdı. Bu proses belə baş vermişdi  sonu isə artıq bizlərə məlumdur.

 

Söhbəti qələmə aldı: Mahmud Əyyub

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür