Modern.az

ABŞ Yaponiya ilə birgə Şimali Koreyaya qarşı təzyiqləri gücləndirir

ABŞ Yaponiya ilə birgə Şimali Koreyaya qarşı təzyiqləri gücləndirir

Dünya

7 Fevral 2018, 20:42

Yaponiya və ABŞ Şimali Koreyaya qarşı təzyiqləri gücləndirməkdə israrlıdır. Modern.az xarici mediaya istinadən xəbər verir ki,  Yaponiyanın Baş naziri Şinzo Abe və ABŞ-ın vitse-prezidenti Mayk Pens Tokioda keçirilən görüşdən sonra mətbuat konfransı keçirib. İki ölkə rəsmiləri Pxençanda keçirilən Olimpiya Oyunları ərəfəsində koreyalararası dialoqu alqışladıqlarını bildirsələr də, Şimali Koreyaya qarşı təzyiqləri kəskinləşdirməyin zəruriliyini vurğulayıblar.

 

 

Baş nazir deyib ki, ABŞ-ın vitse-prezidenti ilə görüşdə onlar Şimali Koreyada baş verən son hadisələrlə bağlı fikir mübadiləsi aparmaqla yanaşı, bu ölkəyə qarşı atılacaq növbəti addımları da müzakirə ediblər. Görüşdə Yaponiya ilə ABŞ arasında yüz faizli birlik bir daha təsdiqlənib.

 

Baş nazirin sözlərinə əsasən, hər iki ölkə Şimali Koreyanın nüvə silahına malik olmaması barədə vahid fikri təsdiq edərək bildiriblər ki, Pxenyanın özünü yaxşı mənada təqdim etmək niyyəti heç kimi aldada bilməz.

 

M.Pens öz növbəsində ABŞ-Yaponiya ittifaqının sarsılmazlığını vurğulayaraq, Hind-Sakit okean regionunun inkişafı üçün bu birliyin xüsusi əhəmiyyət kəsb etdiyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!