Modern.az

Qarabağda təlim keçən ermənilər Afrinə göndərildi

Qarabağda təlim keçən ermənilər Afrinə göndərildi

7 Fevral 2018, 23:01

Türkiyə ordusu Suriyanın Afrin bölgəsində keçirdiyi “Zeytun budağı” əməliyyatının 19 günü ərzində 999 terrorçunu məhv edib, 40 məntəqəni isə azad edib. Modern.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, ağır itkilərə məruz qalan PKK/YPG və İŞİD terrorçuları müxtəlif ölkələrdən əlavə muzdlu döyüşçü qüvvələrini Afinə cəlb etməyə başlayıb.

 

Bunların sırasında vaxtilə Ermənistanın da dəstəyi ilə Dağlıq Qarabağa yerləşdirilən Suriya erməniləri və yezidi kürdləri də var.

 

Bu iddia ilə Türkiyədə Uydurma Erməni İddialarına qarşı Mübarizə Dərnəyi (ASİMDER) adlı təşkilatın rəhbəri Göksəl Gülbey çıxış edib. Onun sözlərinə görə, Dağlıq Qarabağda 1750 muzdlu döyüşçü 12 təlim düşərgəsində hazırlanıb və indi də türklərə qarşı savaşmaq üçün Afrin bölgəsinə qaytarılıb.

 

ASİMDER rəhbəri iddia edir ki, Qarabağdakı PKK/PJAK mənsubları İran və İraq üzərindən Suriyanın Qamışlı bölgəsinə keçməyə başlayıb. Qamışlıda toplanan PKK-çılar mülki geyimdə və silahsız olaraq oradan Menbiçə, bir qismi isə Afrin bölgəsinə gediblər. O, həmin terrorçuların ABŞ tərəfindən silahla təmin edildiyini də bildirib:

“Onlar ABŞ-ın göndərdiyi silahları alaraq Türkiyə ordusuna qarşı döyüşməyə başlayacaqlar. Suriya erməniləri 1990-cı illərin əvvəllərində Qarabağa gedərək azərbaycanlılara qarşı soyqırımda iştirak ediblər. İndi onlar uydurma erməni soyqırımının qisasını Afrində türk ordusundan almaq üçün döyüşə girirlər”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?