Modern.az

Rusiyada kömür mədəni uçdu

Rusiyada kömür mədəni uçdu

7 Fevral 2018, 23:29

Rusiyanın Kemerovo vilayətində kömür mədənində uçqun baş verib. Modern.az “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə “Osinnikovskaya” mədənində qeydə alınıb.

Hadisə nəticəsində 1 şaxtaçı ölüb, daha biri xəsarət alıb. Uçqun zamanı mədəndə 125 nəfər olub.

Hadisə yerində operativ-əməliyyat tədbirləri davam etdirilir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!