Modern.az

Ermənistanın 1 hərbçisi məhv edildi və 2-si ağır yaralandı - Cəbhədə DÖYÜŞ  

Ermənistanın 1 hərbçisi məhv edildi və 2-si ağır yaralandı - Cəbhədə DÖYÜŞ  

8 Fevral 2018, 12:03

Ermənistan mətbuatının erməni hərbi qulluqçusu Ayk Kələntəryanın guya atəşkəs rejiminin pozulması nəticəsində ölməsi barədə məlumatı şərh edən Azərbaycanın Müdafiə Nazirliyi bununla bağlı açıqlama verib.

Nazirliyin Mətbuat xidmətindən Modern.az-a bildirilib ki, cəbhə xəttinin Füzuli istiqamətində Azərbaycan Ordusunun ön xətdə yerləşən mövqelərinə qarşı düşmən tərəfinin növbəti təxribat cəhdinin qarşısı bölmələrimiz tərəfindən görülən qabaqlayıcı tədbirlər nəticəsində alınıb.

Ermənistan silahlı qüvvələri bölmələrinin 1 hərbi qulluqçusu məhv edilib və 2 hərbçisi isə ağır yaralanıb. Düşmən geri çəkilməyə məcbur edilib.

Azərbaycan Ordusunun bölmələri cəbhə xəttində əməliyyat şəraitinə tam nəzarət edir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi