Modern.az

Azərbaycan Cümhuriyyəti dövründə yüksək vəzifə tutmuş Kriçinski qardaşları...

Azərbaycan Cümhuriyyəti dövründə yüksək vəzifə tutmuş Kriçinski qardaşları...

8 Fevral 2018, 12:13

Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) 100 illiyi ilə əlaqədar “Azərbaycanca Vikipediya”da Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının (MEK) təlim iştirakçıları tərəfindən AXC-nin tanınmış şəxsiyyətləri haqqında məqalələr yaradılır, onlar barədə yarımçıq qalmış məqalələr redaktə edilir.

Kitabxanadan Modern.az-a bildiriblər ki, MEK-in təlim iştirakçısı tərəfindən “Azərbaycanca Vikipediya”da Azərbaycan Xalq Cumhuriyyətinin ədliyyə nazirinin müavini, diplomatı Olqerd Kriçinski və Hökumət Dəftərxana İdarəsinin rəisi işləmiş Aslan Kriçinski qardaşları haqqında məqalə yaradılıb.

Məqalələr ilə //az.wikipedia.org/wiki/Olqerd_Kri%C3%A7inski, //az.wikipedia.org/wiki/Aslan_b%C9%99y_Kri%C3%A7inski linklərdə tanış olmaq mümkündür.

Olqerd Kriçinski 1884-cü il okytabr 22-də, Aslan Kriçinski 1887-ci il sentyabrın 25-də Vilnüsdə doğulub.
 
Onlar Polşanın və Azərbaycanın görkəmli ictimai xadimləri olublar.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir