Modern.az

İlham Əliyev: “İslahatlar davam etdiriləcək”  

İlham Əliyev: “İslahatlar davam etdiriləcək”  

8 Fevral 2018, 14:43

“Biz heç vaxt imkan verə bilmərik ki, Azərbaycan Respublikasının ərazisində ikinci erməni dövləti yaransın”.

Modern.az xəbər verir ki, bunu fevralın 7-də Azərbaycan prezidenti İlham Əliyev hakim Yeni Azərbaycan Partiyasının (YAP) VI qurultayında çıxışı zamanı bildirib. 

 
İlham Əliyev deyib ki, tarixi torpaqlara qayıdış azərbaycanlıların siyasi-strateji hədəfidir.
 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ölkəmizin ərazi bütövlüyü çərçivəsində və beynəlxalq hüquq normalarına uyğun həll edilməlidir”,-deyən Azərbaycan prezidenti onu da vurğulayıb ki, bütün beynəlxalq qurumlar Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır.

Prezident bildirib ki, Ermənistan bütün regional layihələrdən kənarda qalmağa məhkumdur və bu təcrid siyasəti Azərbaycan torpaqları işğaldan azad olunana kimi davam etdiriləcək.


Ölkədə həyata keçirilən ordu quruculuğunun əhəmiyyətindən danışan dövlət başçısı deyib ki, beynəlxalq reytinqlər Azərbaycan ordusunun gücünü əks etdirir. 


Ölkə daxilindəki sabit vəziyyətdən, danışan İlham Əliyev bildirib ki, siyasi və iqtisadi islahatlar davam etdiriləcək.

Ölkə başçısı gələcəkdə ölkə iqtisadiyyatının dayanıqlı inkişafının qeyri-neft sektoru ilə bağlı olduğunu vurğulayıb.

Prezident 2018-ci ilin də sürətli inkişaf ili olacağını söyləyib. 

Azərbaycanın iştirak etdiyi qlobal layihələrin, Cənub Qaz layihəsinin əhəmiyyətindən danışan dövlət başçısı ölkənin malik olduğu iqtisadi güc və resursların siyasi müstəqilliyimizi də gücləndirdiyini vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Rusiyanın Ermənistandakı bazasına hücum edildi