Modern.az

Saakaşvili: “Mənə siyasətdə mane olmayın!”

Saakaşvili: “Mənə siyasətdə mane olmayın!”

8 Fevral 2018, 16:30

Gürcüstanın sabiq prezidenti, “Yeni Qüvvələr Ruxu” hərəkatının lideri Mixail Saakaşvili Ukraynanın baş prokuroru Yuri Lutsenkonun onu ekstradisiya ilə hədələdiyini deyib.

 

Modern.az xəbər verir ki, siyasətçi Facebook-da bununla bağlı məlumat verib:

“Mənə qarşı bütün cinayət işləri uğursuzluqla nəticələndikdən sonra məni Gürcüstana ekstradisiya etmək barədə müzakirələr başlayıb. Elə şey yoxdur, məni Rusiya FTX-sı ilə əməkdaşlığa görə Ukraynada mühakimə edin. Mənə qarşı iş uğursuzluqla üzləşib. Şahidlər qaçdı, sübutlar itdi, səs yazısının montaj olması üzə çıxdı. Onda məni rahat buraxın və xalqı oliqarx, “barıqa” və sizin kimi diplomsuz prokurorlardan xilas etməyimə mane olmayın”-deyə Saakaşvili yazıb.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir