Modern.az

Viktor Soyun mahnıları qadağan edilib

Viktor Soyun mahnıları qadağan edilib

19 İyul 2011, 13:08

Belarusda SSRİ-nin populyar rok qrupu “KİNO”-nun əfsanəvi ifaçısı Viktor Soyun mahnılarına qadağa qoyulub. Modern.az “Novaya Qazeta”ya istinadən  bildirir ki,  Soyun 90-cı illərin əvvələrində son dərəcə populyar olan “Peremen” (Dəyişikliklər) mahnısı özünün  inqilabi motivlərinə görə hakimiyyəti qıcıqlandırıb. “Bu mahnını Belarus radiolarında yayımı qadağan edilib”-deyə yerli jurnalistlər bildiriblər.

Bir qədər əvvəl isə bəlli olub ki, rus muğənnisi Yuri Şevçuk, Andrey Bitov və Viktor Yerofeyev artıq Belarus hakimiyyətinin “qara siyahısı”na salınıb.  

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir