Modern.az

Namiq Nəsrullayev: “Rusiyanın Hesablama Palatasının sədri tez-tez mənimlə məsləhətləşir”

Namiq Nəsrullayev: “Rusiyanın Hesablama Palatasının sədri tez-tez mənimlə məsləhətləşir”

İqtisadiyyat

9 Fevral 2018, 13:21

Bu günlərdə Azərbaycan Respublikasının keçmiş iqtisadiyyat naziri, Hesablama Palatasının ilk sədri Namiq Nəsrullayev 73 yaşını qeyd edib.

 

N.Nəsrullayev 1995-ci ildə Azərbaycan Respublikası iqtisadiyyat nazirinin birinci müavini, 1996-cı ildən 2001-ci ilədək iqtisadiyyat naziri vəzifəsində fəaliyyət göstərib.

2001-ci ildə Azərbaycan Respublikasının Milli Məclisi tərəfindən Hesablama Palatasının sədri vəzifəsinə təyin edilib, 2007-ci ilin aprel ayında səhhəti ilə əlaqədar öz xahişi ilə həmin vəzifədən azad edilib.

 

Modern.az saytı N.Nəsrullayevlə əlaqə saxlayaraq ad günü təəssüratlarını öyrənib, onun səhhəti və hazırkı məşğuliyyətilə maraqlanıb.

N.Nəsrullayev əməkdaşımızla söhbət zamanı səhhətində nasazlıq olduğunu bildirib:


“Yaşımın elə vaxtıdır ki, səhhətin yaxşı olması normal sayılmaz. Cuhudların yaxşı sözü var. Deyir: “Əgər sən səhər yuxudan oyananda heç nə hiss etmirsənsə, deməli ölmüsən”. Bu baxımdan mən yaşayıram. Son vaxtlar ayağım mənə çox əziyyət verir. Bir az müalicə alıram”.

O, uzun müddət rəhbər vəzifədə çalışan eks-məmur kimi, ayrı-ayrı dövlətlərin rəsmilərilə hələ də əlaqədə olduğunu, tez-tez görüşdüyünü bildirib:


“Dostlarım çox diqqətlidirlər. Bakıda o qədər yox, amma xaricdən məni yad edirlər. Azərbaycandan kənarda olanlar həmişə zəng vurub səhhətimi soruşurlar, mənimlə məsləhətləşirlər, baş çəkirlər. Bakıda belədir ki, hamı göz qabağındadır, çox da hiss olunmur. Bu yaxınlarda Qazaxıstanın keçmiş səfiri, indiki senatoru Bakıda olarkən yanıma gəldi. Biz 3 saat söhbət etdik. Bundan başqa, Rusiya Federasiyasının Hesablama Palatasının keçmiş sədri Sergey Stepaşin ən azı ayda bir dəfə zəng edir, söhbətləşirik. Rusiyanın Hesablama Palatasının hazırkı sədri Tatyana Qolikova tez-tez zəng edib mənimlə məsləhətləşir. Mənim Hesablama Palatasındakı auditlər və korrupsiya ilə bağlı köhnə işlərimi çıxarır, onları oxuyub bir-bir suallar verir. Latviyanın keçmiş baş auditeri, hazırda parlamentin məşhur üzvü elə ad günümdə zəng vurub, təbrik etdi. Avropa, İngiltərə ilə çox əlaqələrim var. Tez-tez İngiltərədə oluram, çatan kimi başıma yığışırlar”.

Keçmiş sədr “Azərbaycanın Hesablama Palatasının rəsmilərilə əlaqələriniz varmı, onlar da sizdən məsləhətlər alırmı” sualını belə cavablandırıb:

“Bilirsiniz, onlar sözün əsl mənasında çox şəffaf işləyirlər. Aylıq jurnalları da nəşr edilir. Hər ay o jurnaldan mənə göndərirlər. Çox professional işləyirlər və mən bununla fəxr edirəm. Xüsusilə son zamanlar audit yoxlamalarını sürətləndiriblər. Onu mən başlamışdım. O ideya bütün keçmiş MDB-də mənə aid idi. Sevinirəm ki, hazırda onun üzərində yüksək peşəkarlıqla çalışırlar. Və Hesablama Palatasının bu işi davam etdirməsini arzulayıram”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?