Modern.az

Abxaziyaya, Cənubi Osetiyaya girə bilmədilər – bəs Qarabağda nə edəcəklər?

Abxaziyaya, Cənubi Osetiyaya girə bilmədilər – bəs Qarabağda nə edəcəklər?

Qarabağ

9 Fevral 2018, 15:38

Bu yaxınlarda ATƏT-in Minsk Qrupunun rusiyalı həmsədri İqor Popov Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin yanvarın 18-də Krakovda keçirilən görüşünün bəzi detallarını açıqladı.

 

İ.Popov bildirdi ki,  Elmar Məmmədyarov və Eduard Nalbandyanın görüşündə əsasən münaqişə zonasında ATƏT-in müşahidə missiyasının genişləndirilməsi məsələsi müzakirə olunub.

 

Rusiyalı diplomat qeyd edib ki, nazirlər vasitəçilər tərəfindən hazırlanan əlavə yeddi müşahidəçinin fəaliyyətini müəyyən edən sənədlərə prinsipal razılıq veriblər.

 

Modern.az saytının məlumatına görə, Berlindəki Təhlükəsizlik və Beynəlxalq Əlaqələr üzrə İnstitutun eksperti Uve Halbax müşahidəçilərin sayı ilə bağlı danışıb.

 

Uve Halbax Ermənistan mətbuatına müsahibəsində bildirib ki, ATƏT-in monitorinq qrupunun tərkibinin genişləndirilməsi həmişə Qarabağ probleminin həll edilməsi məsələsində ciddi problem olub. O, müşahidəçilərin monitorinq aparmalarını Abxaziya və Cənubi Osetiya münaqişələri kontekstində şərh edib.  

 

“İndi isə bunun həqiqətən də vaxtı çatıb. Hərçənd başqa münaqişələrdə, məsələn, Abxaziya, Cənubi Osetiya, Ukraynada missiyalar  konfliktlərin siyasi tənzimlənməsinə ciddi təsir göstərmir. Gürcüstanda daimi monitorinq üzrə missiyalar bu münaqişələrin siyasi nizama salınmasına imkan yaratmırdı”-deyə ekspert bildirib.

 

Uve Halbaxın sözlərinə görə, Avropa İttifaqının monitorinq qrupunun 200-dən çox əməkdaşı olduğu halda, onların münaqişə zonalarında yoxlama aparması bloklanır.

 

“Avropa Birliyinin müşahidəçilər qrupu Abxaziyaya və Cənubi Osetiyaya girə bilmir. İndiyə qədər bu cür münaqişələrdə, monitorinqlər məhdudlaşdırılmış şəkildə həyata keçirilib. Bununla belə hesab edirəm ki, Dağlıq Qarabağda müşahidəçilərin sayının artırılması çox əhəmiyyətlidir. Çünki 2016-cı ilin aprel döyüşlərinə qədər orada cəmi 6-7 nəfərdən ibarət qrup işləyirdi”- Uve Halbax şərh edib.

 

Ekspert onu da əlavə edib ki, yaxın zamanlarda Dağlıq Qarabağ münaqişəsinin siyasi həllini gözləmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Tapşırıq verildi: İrandakı bu yerlər vurulacaq