Modern.az

Əliyev Medvedevlə bir sıra mərasimlərdə iştirak edib

Əliyev Medvedevlə bir sıra mərasimlərdə iştirak edib

24 Noyabr 2009, 19:39

Azərbaycan Prezidenti İlham Əliyev Rusiya Prezidenti Dmitri Medvedevin dəvəti ilə noyabrın 24-də Ulyanovsk şəhərinə işgüzar səfərə gedib. Ulyanovskın “Vostok” hava limanında İlham Əliyevi Dmitri Medvedev qarşılayıb. İlham Əliyev və Dmitri Medvedev Volqa çayı üzərində salınmış yeni körpünün təntənəli açılış mərasimində iştirak ediblər. Mərasimdə prezidentlər Dmitri Medvedev və İlham Əliyev çıxış ediblər. Bildirilib ki, bu körpünün tikilməsi barədə qərar o zaman SSRİ Nazirlər Soveti sədrinin birinci müavini işləyən Heydər Əliyevin bilavasitə iştirakı ilə qəbul edilib. Ulyanovsk şəhərində Azərbaycan və Rusiya Federasiyası prezidentlərinin təkbətək görüşü olub. Sonra İlham Əliyev Ulyanovsk şəhərində Heydər Əliyevin adını daşıyan meydanın açılış mərasimində iştirak edib. Dövlət başçıları meydana toplaşmış ictimaiyyət nümayəndələri qarşısında çıxış ediblər. Sonra prezidentlər Azərbaycan diasporunun üzvləri ilə görüşüb, onlarla qısa söhbət ediblər. Noyabrın 24-də Ulyanovsk şəhərində hər iki ölkə başçılarının birgə işçi naharı olub.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Əliyev Putinlə görüşə gedir