Modern.az

ABŞ dövlət katibi Türkiyəyə gəlir

ABŞ dövlət katibi Türkiyəyə gəlir

9 Fevral 2018, 21:05

ABŞ-ın dövlət katibi Reks Tillerson Türkiyəyə gələcək. Modern.az “RİA Novosti”yə istinadən xəbər  verir ki, səfər zamanı Reks Tillerson Suriyanın Afrin bölgəsindəki vəziyyəti Türkiyə rəsmiləri ilə müzakirə edəcək.

Dövlət Departamentinin nümayəndəsi mediaya açıqlamasında bildirib ki, Ankarada ikitərəfli münasibətlər, regionda, o cümlədən Afrindəki vəziyyəti müzakirə edəcək.

 

Gələn həftə regiona səfəri çərçivəsində R.Tillerson, həmçinin, İordaniya, Livan, Misir və Küveytə səfər edəcək.

 

Qeyd edək ki, yanvarın 21-dən Türkiyə Baş Qərargahı Afrin bölgəsində "Zeytun budağı" əməliyyatı başladığını, hərbi əməliyyatda məqsədin bölgənin PKK terror təşkilatının Suriya qolu PYD/YPG, İŞİD və digər terror təşkilatlarından təmizləmək olduğunu bəyan edib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?