Modern.az

Dollar fond bazarında çaxnaşma fonunda bahalaşır

Dollar fond bazarında çaxnaşma fonunda bahalaşır

9 Fevral 2018, 23:57

Dolların indeksi cümə günü artır və bu həftə artıq bir ildən də çox müddət ərzində maksimum həddə qalxıb. Modern.az “Report”a istinadən xəbər verir ki, bunu hərracların nəticələri göstərir.

 

Bakı vaxtı ilə 20.38-ə olan vəziyyətə görə, avronun dollara qarşı məzənnəsi 1,2215 dollaradək enib. Əvvəlki hərraclarda 1 avro 1,2247 dollar təşkil edirdi. Dollar Yaponiyanın pul vahidi iyenaya nisbətdə 108,41 iyenaya qədər enib. Əvvəlki hərraclarda 1 dollar 108,74 iyena təşkil edirdi.

 

Dolların indeksi (dolların ABŞ-ın əsas ticarət tərəfdaşı olan altı ölkə valyutasının səbətinə nisbətdə məzənnəsi) 0,31 faiz artaraq 90,51 bəndə çatıb.

 

Dolların indeksinin həftəlik dinamikası göstərir ki, valyuta 2016-ci ilin dekabr ayından daha çox bahalaşıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putin görüşünün gizli şifrələri: Rusiyada nələr oldu?