Modern.az

Trampın çıxışlarını hazırlayan məişət zorakılığında ittiham olundu, vəzifəsindən çıxarıldı  

Trampın çıxışlarını hazırlayan məişət zorakılığında ittiham olundu, vəzifəsindən çıxarıldı   

Dünya

10 Fevral 2018, 09:11

Ağ Evin əməkdaşı Devid Sorensen məişət zorakılığında ittiham edilərək vəzifəsindən azad olunub.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ Prezidentinin mətbuat katibinin müavini Rac Şax  bildirib. “Biz Sorensendən ittihamların həqiqətə uyğun olub-olmadığını soruşduq, o, hər şeyi inkar etdi və vəzifəsindən azad olundu”, - deyə açıqlamada qeyd edilir.

 

Devid Sorensen Prezident Donald Trampın çıxışlarının mətnlərinin tərtibçilərindən biri idi. Onu məişət zorakılığında keçmiş həyat yoldaşı ittiham edir. Sorensen isə əksinə, özünün məişət zorakılığının qurbanı olduğunu deyir.

 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı