Modern.az

Şimali Koreya lideri Cənubi Koreya prezidentini ölkəsinə dəvət etdi

Şimali Koreya lideri Cənubi Koreya prezidentini ölkəsinə dəvət etdi

Dünya

10 Fevral 2018, 11:38

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya prezidenti  Mun Çje İn-i ölkəsinə dəvət edib.  Tarixi dəvət, beynəlxalq agentliklər tərəfindən “təcili”  kodu ilə dünyaya çatdırılıb.

 

Modern.az saytı xarici KİV-ə istinadən xəbər verir ki, dəvətlə bağlı məktubu Şimali Koreya liderinin bacısı Kim Ye Çjon təqdim edib.

 

Hazırda Şimali Koreya liderinin bacısı Cənubi Koreyada Qış Olimpiada Oyunlarını izləyir.

 

 

Cənubi Koreya prezidenti Mun Çje İn bu gün səhər saatlarında xanım Kim-i Seuldakı Mavi Sarayda qəbul edib.

 

Fevralın 9-da isə  Şimali Koreyadan olan nümayəndə Cənubi Koreyanın prezident sarayında olublar, Mun Çje İn onların şərəfinə ziyafət verib.

 

 

Whatsapp
Bizə yazın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub