Modern.az

Xəzərin statusuna dair razılaşma baş tutmayacaq – İrana görə

Xəzərin statusuna dair razılaşma baş tutmayacaq – İrana görə

İqtisadiyyat

10 Fevral 2018, 14:05

Bu il keçiriləcək Xəzər sammiti zamanı dənizin hüquqi statusuna dair konvensyanın imzalanması baş tutmaya bilər.

 

Virtualaz.org xəbər verir ki, bu barədə “Wood Mackenzie” nüfuzlu beynəlxalq konsantinq şirkətinin analitikləri bildirir. Səbəb isə İranın Xəzərin bölünməsinə dair mövqeyidir.

 

Ötən ilin sonlarında Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan xarici işlər nazirləri səviyyəsində aparılmış danışıqlardan sonra Xəzərin hüquqi statusuna dair konvensiyanın nəhayət razılaşdırıldığı açıqlanıb.

 

Bu, 20 ildən çoxdur davam edən danışıqlardan sonra əldə edilmiş nəticə idi. Rusiya xarici işlər naziri Sergey Lavrov konvensiyanın Xəzər ölkələrinin sammitində imzalanacağını bildirib. Nazir dənizin bölgüsü üçün orta xəttin müəyyən edildiyini açıqlayıb. Azərbaycan xarici işlər nazirinin müvini Xələf Xələfov isə daha sonra jurnalistlərə açıqlamasında yekun konvensiyanın razılaşdırıldığını təsdiqləyib, lakin bəzi məsələlər üzrə müzakirələrin davam etdiyini deyib.

 

Lakin “Offshore Oil and Gas Magazine” dərgisi “Wood Mackenzie” şirkətinin analitikinə istinadən bildirir ki, belə görünür İran hələ də Xəzərin bölünməsi prinsipinə dair özünün əvvəlki mövqeyində qalır. İran Xəzər dənizindən 20 faiz pay almaqda israrlıdır, hansı ki, orta xətt prinsipinə əsasən aparılacaq bölgüdə İranın faizi 11-13 faizdən çox olmayacaq.

 

Bununla belə şirkət qeyd edir ki, Xəzərin yekun hüquqi statusuna dair danışıqlarda istənilən irəliləyiş mühümdür, diqqəti cəlb edir. Xüsusən də bu irəliləyiş Xəzərin cənub hissəsindəki mübahisəli yataqlara dair gələcək ikitərəfli danışıqlar üçün əsas yaradacaqsa.

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!